Düzyurd
Düzyurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Düzyurd | |
---|---|
40°32′36″ şm. e. 45°46′32″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.560 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2111 |
|
Toponimikası
Düzyurd oyk, mür. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Gədəbəy çayının sahilində, Başkənd-Dəstəfur çökəkliyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində həmin r-ndakı Gərgər (əsli Qarqar) kəndindən köçüb gəlmiş huydumlu və qırtdanlı nəsillərinə mənsub ailələr Düzyurd adlı ərazidə salmışlar. Coğrafi ad obyekti relyef cəhətdən təyin edir.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1793 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.