Düzqalxan qaytarma

Düzqalxan qaytarma (lat. Potentilla erecta)[1] - qaytarma cinsinə aid bitki növü.[2]

Düzqalxan qaytarma
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Triba:
Potentilleae
Yarımtriba:
Potentillinae
???:
Düzqalxan qaytarma
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  504577
NCBI  57940
EOL  239189

Potentilla erecta (L.) Raeuschel (=Potentilla tormentilla Stokes) - Düzqalxan qaytarma (Dikduran qaytarma, meşə qaytarması, bağlama kök, sarınma, ensiz qaytarma, göbək ot, ishal otu, qaytarma)

Botaniki xarakteristikası:

Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir.[3]

Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.[4]

Düzqalxan qaytarmanın 5-10 sm dərinlikdə kökümsovu çiçəkləmə zamanı, xüsusən yazda və son baharda toplanılır. Sonra toplanılan gövdə və kökü soyuq suda yuyularaq tamamilə qurudulur. Xammal havalı yerlərdə, yaxşı ventiliyasiyalı çardaxlarda parça və ya brezent üzərində sərilməli və ya 60оС temperaturda quruducu şkafda qurudulmalıdır[5].

Zəif iyli, aromatlı olub, güclü büzücüdür.[6]

Quru, havalı yerlərdə saxlanılır. Saxlanılma müddəti 4 ildir.[7]

Tərkibi və təsiri:

Kökümsovunun tərkibində 15-30% aşı maddələri, kondensləşmiş tannin, sərbəst fenol (pirokatexin və floroglusin), fenol (qall, kofein, para-kumarin) ellaq turşuçu, flavonoidlər, triterpen saponinlər, nişasta, qatranlı maddələr vardır. Çiçəkləmə qurtardıqdan sonra tərkibindəki aşı maddələr azalır. Kökümsovunda çoxlu miqdarda nişasta, qatran və kitrə olur.[8]

Büzücü dərmandır. Tərkibində əsasənkondensləşmiş tannin, flavonoidlər və triterpen saponinlər vardır. Kökümsovu büzücü, bakterisid, iltihabsorucu və qankəsici təsirə malikdir. Yerli iltihabsorucu təsiri tərkibindəki aşı maddələrə görədir ki, bu da toxumalara kimyəvi, bakterial və mexaniki təsir edərək onları iltihabdan qoruyur. Kapilyarların və digər damarların keçiriciliyini azaldır. Bu xassəyə görə orqanizm faringit, stomatit, gingivit, qastrit və enterit xəstəliklərindən qorunur. Orqanizmin iltihaba qarşı müqavimət xüsusiyyətini flavonoidlər qarşılayır. [9]

Kökümsovundan bişirmə şəklində büzücü dərman kimi ishal və burun-qulaq-boğaz xəstəliklərində - gingivit, stomatit, enterit, enterkolit, dispepsiya, dezinteriya, qanaxma yaradan xoralı kolit, qida borusu, qırtlaq, həzm, tənəffüs və digər orqanların xəstəliklərində keyfiyyətli dərman bitkisidir. Bundan başqa angina, xroniki tonzillit, hemarroy, yanıq, ekzema, neyrodermit, dəri və selikli qişaların zədələnmələrində və ayaqların çox tərləməsində işlədilir.[10]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  9. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  10. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.