Düzdidil xanım

Düzdidil xanım (d. 1825 - ö. 18 avqust 1845) — 31. Osmanlı sultanı Əbdülməcidin üçüncü xanımı.

Düzdidil xanım
امرأة على التوالي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şimali Qafqaz, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Atası Şıxım bəy Dişan
Həyat yoldaşı I Əbdülməcid
Uşaqları Cəmilə Sultan
Səmiyə Sultan

Həyatı

Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan.

Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Ölümünün ardından həyatda qalan yeganə övladı Cəmilə Sultan Sultan Əbdülməcidin digər xanımı Rahimə Pirüstü xanım tərəfindən övladlığa götürüldü.

Övladları

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.