Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Düz Rәsullu inzibati әrazi dairəsinin mərkəzidir. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var.[2]
Düz Rəsullu | |
---|---|
40°39′33″ şm. e. 45°28′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.531 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 632 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2137[1] |
|
Tarixi
Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Kənd əsasında 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Düz Rəsullu Gədəbəy rayonunun Düz Rəsullu İnzibati ərazi dairəsində kənddir. Kiçik Qafqaz dağlarının şimal yamacındadır. Oykonim düz və Rəsullu (r-nun ərazisində məskunlaşmış rəsullu nəslinin adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib, "düzənlikdə salınmış Rəsullu kəndi" mənasındadır. Toponimin birinci komponenti kəndin relyefini təyin etməklə onu ərazidəki Çay Rəsullu kəndindən fərqləndirməyə xidmət edir.[3]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 632 nəfər əhali yaşayır.[4]
Tanınmış şəxsiyyətləri
- Nahid Hacızadə - Ssenari müəllifi, Kino redaktoru, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru.
- Əbülhəsən Abbasov - fəlsəfə elmləri doktoru, professor.
- İzzət Rüstəmov - Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru.
- Xəlil İsmayılov -Tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri
- Nazim Hüseynli - Fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü
- Sabir Abbasov (alim) -kimya elmləri namizədi, Azərbaycan Poletexnik İnstitutunun Kimya kafedrasında dosent
- Mahəddin Abbasov (kimyaçı)- texnika elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi
- Kamil Abdullayev (iqtisadçı alim)- iqtisad elmləri namizədi
- Cahangir Rüstəmov - Azərbaycanlı hərbçi, alay komandiri.
- Qara Məşədiyev -Filologiya elmləri doktoru, professor
- Məzahir Rüstəmov -Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- Vaqif Məmmədov (ssenarist) - “Əməkdar mədəniyyət işçisi”, ssenarist, redaktor.
- Köçəri Məmmədov -Azərbaycan operatoru.
- Yusif Zeynalov - biologiya üzrə fəlsəfə doktoru, dosent
- Aşıq Altay Məmmədov (aşıq Altay [5] filologiya üzrə fəlsəfə doktoru. ADMİU-nin baş müəllimi
- Tofiq Rəsulov [6]- Fəlsəfə elmləri namizədi,professor,Azərbaycan Respublikasının əməkdar müəllimi
- Fəxri Müslüm — şair, publisist, iqtisad üzrə fəlsəfə doktoru
- Nizami Zeynalov (Riyaziyyat müəllimi - Azərbaycan Respublikasının əməkdar müəllimi[7]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- "Arxivlənmiş surət". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- http://www.elibrary.az/cgi/irbis64r/cgiirbis_64.exe?LNG=az&Z21ID=&I21DBN=AREF&P21DBN=AREF&S21STN=1&S21REF=10&S21FMT=fullwebr&C21COM=S&S21CNR=30&S21P01=0&S21P02=1&S21P03=A=&S21STR=M%C9%99mm%C9%99dov%2C%20Altay%20%C6%8Fl%C9%99ddin%20o%C4%9Flu%5B%5D
- "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
- "Arxivlənmiş surət". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.