Düzələn səhvlər (film, 1986)
Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir.
Düzələn səhvlər | |
---|---|
ing. Righting Wrongs | |
Janr | Döyüş filmi |
Rejissor | Kori Yuen |
Prodüserlər |
Yuan Byao Reymond Çou Leonard Ho Kun-çanq Kori Yuen |
Baş rollarda |
Yuan Byao Sintiya Rotrok |
İstehsalçı | Golden Harvest |
Distribütor | Orange Sky Golden Harvest |
İlk baxış tarixi | 1986, 27 noyabr 1986[1], 24 yanvar 1987[1] |
Müddət |
102 dəqiqə: Orijinal versiya[2] 85 dəqiqə: ABŞ versiyası |
Ölkələr | Honkonq |
Dil | Kanton dili |
İl | 1986 |
Çəkiliş yeri | Yeni Zelandiya |
IMDb | ID0094374 |
Məzmun
Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır...
Rollarda
Ad | Kantonca orijinal rolu | İngiliscə rolu | Qeydlər |
---|---|---|---|
Yuan Byao | Hsia Linq-Çenq | Ceyson Çan | vəkil |
Sintiya Rotrok | senyor müfəttiş Sindi Si | Sendi Cons | |
Kori Yen | Coe Do | Coe Do | |
Vu Ma | Tsia dayı | Coenin atası | |
Ceyms Tien | Çou Tinq-kvonq | Conni Kvonq | |
Sendi Çan | Hsia Linq-çinin qız dostu | ||
Pit Kanninqhem | Qara Assassin | ||
Karen Şeperd | Karen | Karen |
Maraqlı faktlar
- Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir. Mandarin versiyasında isə Hsia sağ qalır və ona ömürlük iş verilir.
- Sintiya Rotrok Kanton və Mandarin dillərini bilməməsi səbəbindən, filmdə ingiliscə danışırdı. Film çəkilişindən sonra onun səsləndirdiyi ingiliscə danışığı Kanton və Mandarin dillərində səsləndirilmişdir. Filmdə onun ifa etdiyi Sindi personajı son səhnədə öldürülür. Lakin alternatv iki versiyada Sindi sağ qalır.
- Filmin son epizodunda götərilən təyyarə səhnəsi Yeni Zelandiyada çəkilmişdir.
- Filmin orijinal adı "Düzələn səhvlər" kimi səslənir. Filmin ingiliscə variantında səslənən "Qanun naminə" adı, həmçinin, 2007-ci ildə "The Weinstein Company" kompaniyasının "Dragon Dynasty" leyblında istehsal etdiyi ABŞ DVD variantında eynidir.
İstinadlar
- IMDb (ing.). 1990.
- Qanun naminə filminin texniki məlumatları Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine Yoxlanılıb: 9 sentyabr 2014
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.