Düsseldorf Universiteti
Almaniyanın Düsseldorf şəhərində yerləşən Heinrich Heine Universiteti (alm. Heinrich-Heine-Universität), 1797-ci ildə Düsseldorfda anadan olmuş alman şair və siyasi mütəfəkkiri Henrix Heynenin adını daşıyır. Universitet 1965-ci ildən sadəcə tibb fakültəsi ilə Tibb Akademiyası kimi fəaliyyətə başlasa da, hal-hazırda universitetdə hüquq, tibb, psixologiya, riyaziyyat və təbiət elmləri, həmçinin iqtisadiyyat fakültələri var. 2015-ci ilin yay semestri göstəricilərinə görə universitetdə 29.368 tələbə təhsil alır. Universitetin rektoru xanım Anya Ştaynbekdir. O, 1 noyabr 2014-cü ildən etibarən universitetə rəhbərlik edir. Universitetin illik büdcəsi 347 milyon avro (2013) təşkil edir.
Heinrich Heine Düsseldorf Universiteti HHU | |
---|---|
Heinrich-Heine-Universität Düsseldorf | |
51°11′25″ şm. e. 6°47′39″ ş. u. | |
Əsası qoyulub | 1965 |
Rektor | Anja Steinbeck |
Tələbə sayı | 37.473[1] |
Şəhər | Düsseldorf |
Ölkə | |
Sayt | hhu.de |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ildə Tibb üzrə Nobel mükafatına layiq görülmüş Harald zur Hausen bu universitetdə tibb üzrə doktorluk müdafiə etmişdir.