Düsseldorf

Düsseldorf (Düsseldorf) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin paytaxtıdır. Reyn çayının bir hissəsi Düsseldorf ərazisindən keçir. Əhalisi 583.829 nəfərdir (2009). Və Almaniyanın ən böyük şəhərlərindən biridir.

Düsseldorf
Düsseldorf
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
51°13′52″ şm. e. 6°46′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1135
Sahəsi
  • 217,41 km² (2016)[2]
Mərkəzin hündürlüyü 38 ± 1 m
Əhalisi
Əhalisi
  • 629.047 nəf. (31 dekabr 2022)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 02104, 0211, 0203
Poçt indeksi 40210, 40211, 40212, 40213, 40215, 40217, 40219, 40221, 40223, 40225, 40227, 40229, 40231, 40233, 40235, 40237, 40239, 40468, 40470, 40472, 40474, 40476, 40477, 40479, 40489, 40545, 40547, 40549, 40589, 40591, 40593, 40595, 40597, 40599, 40625, 40627, 40629
Nəqliyyat kodu D
Digər
duesseldorf.de
Düsseldorf xəritədə
Düsseldorf
Düsseldorf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düsseldorf şəhəri Almaniyanın qərbindəki Reyn-Rur bölgəsində yerləşir. 2009-cu ilin statistikasına görə, 217 kvadrat kilometr sahəsi olan Düsseldorfun əhalisinin sayı 584 min nəfərdir. Düsseldorf şəhər statusunu 1288-ci ildə alıb. Şəhərin adı Düssel çayından götürülüb. Reyn çayının şimalında — Düssel çayının Reyn çayına töküldüyü yerdə yerləşir.

Düsseldorf 50 rayona bölünmüş 10 dairədən ibarətdir və Reyn-Rur bölgəsinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhəridir. Şəhər reklam, telekommunikasiya texnologiyaları sahəsində aparıcı mərkəz, həmçinin "Almaniyanın modalar şəhəri" hesab olunur. Düsseldorf şəhəri rəssamlıq akademiyaları, muzeyləri və üzərində dünyanın ən böyük elektron saatı asılmış televiziya qülləsi ilə məşhurdur. Müasir incəsənətin ən tanınmış nümayəndələri öz işlərini Düsseldorf Münsterdəki İncəsənət Akademiyasında davam etdirirlər.

Dünya turizm agentlikləri Düsseldorfu "pivə şəhəri" adlandırır. Almanlar özləri isə bu şəhərə "dünyanın ən uzun barı" deyirlər. Çünki şəhərin qədim hissəsində — Qədim şəhərdə (almanca: Altstadt) 250 pivəxana fəaliyyət göstərir.

Düsseldorf əhalisinin yaşayış səviyyəsinə görə dünyada 6-cı, bahalığa görə isə 5-ci yeri tutur. Almaniyada Frankfurtdan sonra ikinci ən böyük bank və birja mərkəzidir.

Əhali

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri

[4][5][6][7][8][9][10][11]

ÖlkəƏhali (31. dekabr 2017)
Türkiyə Türkiyə12,707
Yunanıstan Yunanıstan10,388
Polşa Polşa9,316
İtaliya İtaliya7,799
Yaponiya Yaponiya5,829
Suriya Suriya5,820
Rumıniya Rumıniya4,856
Mərakeş Mərakeş4,541
İspaniya İspaniya4,477
Rusiya Rusiya4,430
Çin ÇXR4,251
Şimali Makedoniya Şimali Makedoniya3,842
Xorvatiya Xorvatiya3,720
Fransa Fransa3,328
Ukrayna Ukrayna3,266
İraq İraq3,079
İran İran2,962

Coğrafiya

İqlim

Düsseldorf (1991–2020) iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 16,4 21,0 23,8 28,8 33,8 36,8 40,7 38,5 34,0 27,7 21,0 16,3 40,7
Maksimum orta, °C 6,0 7,2 11,1 15,6 19,4 22,5 24,7 24,2 20,1 15,2 10,0 6,6 15,2
Orta temperatur, °C 3,4 4,0 6,9 10,5 14,3 17,3 19,4 18,9 15,3 11,2 7,1 4,2 11,0
Minimum orta, °C 0,5 0,7 2,6 5,0 8,7 11,7 14,0 13,7 10,7 7,5 3,9 1,5 6,7
Mütləq minimum, °C −20,8 −15,4 −16,1 −6,3 −1,1 2,4 4,8 5,0 0,7 −6,2 −9,4 −15,3 −20,8
Yağıntı norması, mm 61,0 56,0 54,0 46,0 61,0 66,0 73,0 77,0 60,0 61,0 64,0 70,0 749,0
Mənbə: Düsseldorf Wetter – wetterlabs.de

İdman

"Fortuna Düsseldorf" şəhəri Bundesligada təmsil edən əsas futbol klubudur. "Fortuna" 1997/1998 futbol sezonund ikinci liqaya düşmüşdü. Klubun əsas liqaya dönüşü isə bu sezona, 2012/2013 futbol sezonuna təsadüf edir. Şəhərin müxtəlif yerlərində kluba aid atributları tapmaq mümkündür. "Fortuna"nın oyunları zamanı isə şəhərdə və Esprit arenada inanılmaz atmosfer yaranır.

Şəhər əhalisinin idmana, xüsusi ilə futbola marağı böyükdür.

Təhsil

Şəhərdə mövcud olan əsas universitet Heinrich Heine Universitetidir (alm. Heinrich-Heine-Universität Düsseldorf). Universitet, məşhur alman şair və politoloqu Heinrich Heinenin şərəfinə adlandırılıb. Heinrich Heine 1797-ci ildə Düsseldorfda anadan olmuşdur.

1965-ci ildə sadəcə tibb fakültəsi ilə fəaliyyətə başlayan universitetdə hal-hazırda hüquq, tibb, fəlsəfə, riyaziyyat, iqtisadiyyat fakültələri mövcuddur. Universitetin ərazisi olduqca böyükdür, universitet ərazisində müxtəlif korpuslar mövcuddur. Universitetdə təxminən 28.000 tələbə təhsil almaqdadır.

Avroviziya 2011

"Avroviziya 2011" yarışı Düsseldorf beynəlxalq hava limanından 5 kilometr aralıda yerləşən "Fortuna Arena"da keçirilib. 54 min nəfərdən çox tamaşaçı tutan "Fortuna Arena"da müsabiqə üçün səhnə və texniki avadanlıqlar quraşdırıldıqdan sonra 25 minə yaxın tamaşaçı üçün yer qalıb. Stadiondan qazon yığışdırılıb, oturacaqlar xüsusi döşəmə ilə əvəzlənmişdi.

Qardaş şəhərlər

Həmçinin bax

İstinadlar

  1. archINFORM (alm.). 1994.
  2. https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
  3. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.). DESTATIS, 2023.
  4. "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  5. "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  6. "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  7. "Statistische Informationen" (PDF). Amt 12. 9 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  8. "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  9. "Statistische Informationen" (PDF). Amt 12. 27 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  10. "Statistische Informationen" (PDF). Amt 12. 23 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.
  11. "EU-Ausländer in Duesseldorf" (PDF). 20 January 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.