Dürrizadə Mehmed Arif Əfəndi
Dürrizadə Mehmed Arif Əfəndi (1740, Konstantinopol – 9 oktyabr 1800, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Oğlu Abdullah Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir.[1]
Mehmed Arif Əfəndi | |
---|---|
Əvvəlki | Ərəbzadə Əhməd Ataullah Əfəndi |
Sonrakı | Müftizadə Əhməd Əfəndi |
12 iyul 1792 – 30 avqust 1798 | |
Əvvəlki | Məkkəyi Mehmed Əfəndi |
Sonrakı | Mustafa Aşir Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Dürrizadə Mustafa Əfəndi |
Anası | Şərifə Safiyə xanım |
Uşaqları |
Emin Mehmed Əfəndi Raşid Mehmed Əfəndi Abdullah Əfəndi |
Həyatı
1740-cı ildə İstanbulda dünyaya gəldi. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 14 yaşında ikən icazət aldı. İstanbulun bəzi mədrəsələrdində xidmət etməsinin ardından 1766-cı ildə Yenişəhər, 1774-cü ildə Məkkə və Bursa, 1780-ci ildə isə İstanbul qazısı oldu. Ana şəcərəsinin Hz. Hüseyndən gəlməsi səbəbilə Seyid ünvanı da daşıyan Arif Əfəndi 1782-ci ildə naqibüləşraf elan edildi. Beləcə, Dürrizadələr ailəsindən çıxan ilk naqibüləşraf oldu.
1783-cü ildə Anadolu, bir illik xidmət müddətini tamamlamasının ardından 1784-cü ildə Rumeli qazəsgəri təyin edildi. Şeyxülislam Ərəbzadə Ataullah Əfəndinin ölümü üzərinə 23 avqust 1785-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq 5 ay sonra – 10 fevral 1786-cı ildə anidən vəzifədən alındı. Vəzifədən alınma səbəbi isə Əlcəzayirli Həsən Paşanın təklifi və təkidi ilə dövlət təcrübəsi olmayan Yusif Paşanın sədarətə gətirilməsinə etiraz etməsi oldu. 1789-cu ildə şeyxülislamlığa gətirilən Həmidizadə Mustafa Əfəndi, o əsnada üləma zümrəsi arasında qarışıqlıq yaratdığı üçün keçmiş şeyxülislamlardan Dürrizadə Arif, Müftizadə Əhməd və Mehmed Kamil Əfəndini sürgün etdi. Bu əsnada həccə gedən Arif Əfəndi öncə Taifdə qalmağa məcbur edilsə də, daha sonra Kütahyaya gəlməsinə icazə verildi. Ancaq 1791-ci ildə Məkkəyi Mehmed Əfəndinin şeyxülislamlığı əsnasında bağışlanaraq İstanbula çağırıldı və onun vəzifədən ayrılmasının ardından 12 iyul 1792-ci ildə ikinci dəfə şeyxülislamlığa yüksəldi.[2]
Vəzifəyə gəldikdən sonra ilk işi isə güclü rəqibi və sürgün edilməsinin səbəbkarı Həmidizadə Mustafa Əfəndini Manisaya yollamaq oldu. Daha sonra onun mərkəzdən uzaqlaşdırdığı digər üləma və alimləri geri çağırdı. 6 ildən çox davam edən ikinci şeyxülislamlığı dönəmində baş tutan bəzi siyasi hadisələrdə təqsirkar görüldü və yaxın tərəfdarı sədrəzəm İzzət Mehmed Paşa ilə birlikdə vəzifədən alındı (30 avqust 1798). Bir müddət Bursada yaşadı və ardından İstanbula gəlməsinə icazə verildi. Çox keçmədən 9 oktyabr 1800-cü ildə burada vəfat etdi.
Mənbə
- Vâsıf, Târih (İlgürel), s. 284–285.
- Devhatü’l-meşâyih, s. 109–110.
- Cevdet, Târih, III, 261; VII, 97–98.
- Sicill-i Osmânî, III, 267.
- İlmiyye Salnâmesi, s. 553–554.
- Osmanlı Müellifleri, II, 62.
- a.mlf., Osmanlı Tarihi, IV/2, s. 502–503.
İstinadlar
- Ahmet Özel, Hanefi Fıkıh Âlimleri, Ankara 1990, s. 144–145.
- Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 256–260.