Dürdanə Balakişiyeva

Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru.

Dürdanə Balakişiyeva
Doğum tarixi
Doğum yeri Azərbaycan, Bakı
Milliyyəti azərbaycanlı
Elm sahəsi Eksperimental astrofizika
Elmi dərəcələri alim, professor
İş yeri Cənubi Metodistlər Universiteti
Təhsili Bakı Dövlət Universiteti
Elmi rəhbəri Arnold Honiq

Həyatı

Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb.

Fəaliyyəti

Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing. Syracuse University) işləməyə başlayıb. Daha sonra isə elmi və müəllimlik fəaliyyətini Florida Universitetində davam etdirib. Dürdanə Balakişiyeva elmi karyerasına bərk cisimlər fizikası sahəsindən başlayıb. Tibbi məqsədlər üçün (anesteziya) MRL qətnaməsini (magnetic resonance imaging) yaxşılaşdırmaq üçün ksenonun hiperpolyarizasiyası (XE) metodunu inkişaf etdirib. Tədqiqatın gedişində alim ksenon kristalının yaradılması metodunu işləyib hazırlayıb ki, bu da detektorların yaradılması üçün ideal üsuldur.

Eyni vaxtda hazırda bütün dünya alimlərinin diqqət mərkəzində olan “qara materiya” sahəsində tədqiqatlar aparan “SuperCDMS” -lə və yeni eksperimentlər üçün məşhur “Solid Xenon” Enriko Fermi (Nobel mükafatı laureatı Enriko Ferminin adını daşıyan) laboratoriyası ilə birgə tədqiqatlara başlayıb. Bir sıra elmi məqalənin müəllifidir:

  • Ahmed et al., Analysis of the low-energy electron-recoil spectrum of the CDMS Experiment, Phys.Rev. D 81, 042002 (2010), arXiv:0907.1438;
  • Ahmed et al., Results fom a Low-Energy Analysis of the CDMS II Germanium Data, Phys. Rev. Lett. 106, 131302 (2011), arXiv:1011.2482;
  • Collaboration, C. et al., A Search for Low-Mass WIMPs using Voltage-Assisted Calorimetric Ionization Detection in the SuperCDMS Experiment. hep-ex arXiv:1309.3259;
  • Collaboration, C. et al., Dark Matter Search Results Using the Silicon Detectors of CDMS II.arXiv astro-ph.CO, arXiv:1304.4279 (2013);
  • Collaboration, C. et al., A Search for Low-Mass WIMPs using Voltage-Assisted Calorimetric Ionization Detection in the SuperCDMS Experiment. hep-ex arXiv:1309.3259;
  • Collaboration, C. et al., Silicon Detector Results fom the First Five-Tower Run of CDMS II. arXiv astro-ph.CO, arXiv:1304.3706 (2013);
  • Collaboration, C. et al., Dark Matter Search Results Using the Silicon Detectors of CDMS II. arXiv astro-ph.CO, arXiv:1304.4279 (2013);
  • Collaboration, C. et al., Search for annual modulation in low-energy CDMS-II data. arXiv astro-ph.CO, arXiv:1203.1309 (2012);
  • Ahmed, Z. et al. Combined limits on WIMPs fom the CDMS and EDELWEISS experiments. Phys. Rev. D 84, 011102 (2011);
  • Ahmed, Z. et al., Search for inelastic dark matter with the CDMS II experiment. Phys. Rev. D 83, 112002 (2011);
  • Collaboration, C. et al., Search for Low-Mass WIMPs with SuperCDMS arXiv:1402.7137v2 (2014);
  • J. Yoo, H. Cease, W. F. Jaskierny, D. Markley, R. B. Pahlka, D. Balakishiyeva, T. Saab, M. Filipenko Scalability, scintilation readout and charge drif in a kilogram scale solid xenon particle detector , 2014 arXiv:1410.6496v1;
  • Collaboration, C. et al., First direct limits on Lightly Ionizing Particles with electric charge less than e/6 2015 arXiv:1409.3270;
  • Collaboration, C. et al., Maximum likelihood analysis of low energy CDMS II germanium data. Phys. Rev. D 91 (2015);
  • Collaboration, C. et al., Dark matter efective field theory scattering in direct detection experiments. 2015 arXiv:1503.03379;
  • Collaboration, C. et al., WIMP-Search Results fom the Second CDMSlite Run 2015, in works;[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Ən böyük arzum Nobel mükafatı almaqdır". 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.