Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı.[1]
Dünya Azərbaycanlılarının V Qurultayı | |
---|---|
Başqa adı | Zəfər Qurultayı |
Keçirilmə tarixi | 22-23 aprel 2023 |
Keçirilən yer | Şuşa, Azərbaycan |
İştirakçılar | dünya azərbaycanlıları |
Müzakirə edilən məsələlər |
|
Nəticələr | Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi |
Ardıcıllıq | |
Dünya Azərbaycanlılarının VI Qurultayı → |
Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.[2] Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər.[3] Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır:
Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.[2][4] |
Zəfər Qurultayı
Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi.[3] Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır.[5]
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.[3]
Aprelin 22-də Şuşa şəhərində işə başlayan qurultay konsert proqramı ilə davam edib. Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Mərasimdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış ediblər. Konsertdən sonra "Xarıbülbül" Qonaq Evinin ziyafət salonunda qurultay iştirakçıları üçün rəsmi ziyafət verilib.[3]
Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.[6]
Bağlanış
Qurultayın bağlanış mərasimində əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspor nümayəndələrinə "Əməkdar elm xadimi" fəxri adı, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Dostluq" ordeni və "Tərəqqi" medalı təqdim edib.[3]
Əziz Sancarın təbriki
Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı münasibətilə Azərbaycan xalqını təbrik edərək, bildirib:
Sizləri Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu Qurultayın mədəniyyətimizin beşiyi sayılan Şuşamızda keçirilməsi Qurultaya tarixi bir önəm və xüsusi bir yaraşıq verir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, Dünya
Azərbaycanlılarının və Azərbaycan diasporunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rolu vardır. Bu tarixi missiyanın uğurla həyata keçirilməsində son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrindən tutmuş hər bir fərdinin rolu ibrətamiz sayılmalıdır. Azərbaycanın 44 günlük Vətən savaşında heç birimizin gözünə yuxu getmədi.Xüsusi vurğulamaq istərdim ki, xaricdə yaşayan həmvətənlərimiz 44 günlük Vətən savaşında əlindən gələn hər şeyi etdi, bu şərəfli imtahandan və savaşdan xalqımızla bir yerdə alnıaçıq və qələbəylə çıxdı. Azərbaycan diasporu xalqımızla bərabər Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” şüarına sadiq qaldı. Eşq olsun Sizlərə![3] |
Dünya Azərbaycanlılarının V Qurultayı xarici KİV-də
Xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Şuşa Qurultayının tarixi əhəmiyyəti xüsusilə vurğulanıb. Türkiyənin Anadolu Agentliyi, "TRT AVAZ", "Haber Global", "TRT Haber" və digər telekanalları, "Sabah", "Hürriyyət" və s. qəzetlər, "aksam.com", "sondakika.com", "cumhuriyet.com" və digər media qurumları, İtaliyanın aparıcı kütləvi informasiya vasitələri də Zəfər Qurultayını geniş işıqlandırıblar. "Askanews", "Yahoo Notizie", "Kmetro0", "Agenzia Nova" kimi mətbuat orqanlarında dərc edilən yazılarda Azərbaycan Prezidentinin qurultaydakı geniş nitqindən sitatlar verilib.[7]
Həmçinin Misirin "Cairo24" portalı və "Asiaelyom" agentliyi, Birləşmiş Ərəb Əmirliklərinin "Əl İttihad", Küveytin "Bobian" qəzetlərində, həmçinin Livanın "IMLebanon", "SouBeyrut" və "Əl Nasra" portalları, Gürcüstanın "24news.ge", "aktual.ge" və "interpress.ge" portalları, Moldovanın "Tribuna", "Noi", "TV 8" xəbər portalları, Rumıniyanın "News24hours" xəbər portalı və "Ultima Ora" qəzeti, Yaponiyanın "Ajmedia" portalı, həmçinin "Caspian, Caucasus an Black Sea" (), "turktoday.info", "ccbs.news" portalı dövlət başçısı İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırıblar.[7]
Həmçinin bax
İstinadlar
- "Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb". https://azertag.az. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 apr 2022.
- "Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb" (az.). https://www.trt.net.tr. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
- "Dünya Azərbaycanlılarının V Qurultayı (ZƏFƏR QURULTAYI)" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
- "İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib" (az.). https://president.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
- "Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb" (az.). http://www.shusha-ih.gov.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
- "Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı başa çatıb" (az.). https://az.trend.az. Archived from the original on 2023-02-24. İstifadə tarixi: 24 fev 2023.
- "Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı dünya mətbuatının diqqət mərkəzindədir" (az.). https://azertag.az. Archived from the original on 2022-06-28. İstifadə tarixi: 24 fev 2023.
Xarici keçidlər
- "Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər xiyabanlarını ziyarət ediblər" (az.). http://diaspor.gov.az. 24.02.2023 tarixində arxivləşdirilib.
- "Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək" (az.). https://www.azerbaijan-news.az. 24.02.2023 tarixində arxivləşdirilib.