Dübəndi

Dübəndi — Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsində yaşayış sahəsi. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər) rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Dübəndi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.[1]

Dübəndi
40°25′45″ şm. e. 50°14′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Dübəndi xəritədə
Dübəndi
Dübəndi

Toponimikası

Qəsəbənin keçmiş adı Təkqışlaq olmuşdur. Adını ərazidəki eyniadlı yerdən almışdır. Oykonim tat dilindəki du (iki) və bəndi (sədd, bağlanmış yer, qarşısı alınmış yer) komponentlərindən düzəlib, "iki sədd" deməkdir.[2]

Tarixi

Coğrafiyası və iqlimi

Qəsəbə Bakının mərkəzindən 50 km uzaqlıqdadır.[3]

İqtisadiyyatı

SOCAR Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də Şimal istiqamətində nəql edir. Terminal həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir. Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnolojı iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin edilməsi Dübəndi Neft Terminalının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.[4]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.