Dözümlü minarələr (film, 1991)
Dözümlü minarələr | |
---|---|
Janr | sənədli film |
Rejissorlar | Yavər Rzayev |
Ssenari müəllifi | Toğrul Cuvarlı |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan |
İl | 1991 |
Texniki məlumatlar |
2 hissə 531 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir.
Film haqqında
Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Yavər Rzayev
- Ssenari müəllifi: Toğrul Cuvarlı
- Operator: Nizami Abbas
- Səs operatoru: Şamil Kərimov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 353.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.