Döyüşən çarlıqlar dövrü
Döyüşən çarlıqlar (çin. ənən. 戰國時代, sadə. 战国时代, pinyin: Zhànguó Shídài, hərfi mənası: "Çjanqo şisay") — Qədim Çın tarixində e.ə. V əsrdən başlayaraq Çinin birləşdirilməsinə qədər - e.ə. 221-ci ilə dək olan bir dövrdür. Bu dövrdə Şərqi Çjou ondan sonra gələn Çuntsyu, Çjou sülalələri hakimiyyətdə olmuşdurlar. Tsin imperiyasının yaranması ilə Döyüşən çarlıqlar düvrü sona çatmış olur. Bu dövr haqqında ilk məlumatlar “Döyüşən çarlıqların strategiyası” (çin. ənən. 戰國策, sadə. 战国策, pinyin: Zhàn Guó Cè, hərfi mənası: "Çjanqotse") salnaməsində verilmişdir.
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Qərbi Han | ||||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Şu | U | |||||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Beş sülalə və on çarlıq
|
||||||
Şimali Sun
|
|
|||||
Çzin
|
||||||
Çin Respublikası | ||||||
Tszin çarlığının süqutu
Yaz-Payız dövründə Tszin çarlığı (晉) Çinin ərazisində ən qüdrətli dövlət sayılırdı. Lakin sonrakı dövrdə bü qüdrət get-gedə daxili çəkişmələr nəticəsində zəifləmiş olur. Dövlət “6 tayfanın 6 naziri” tərəfindən idarə olunurdu (六卿). E.ə. 498-ci ildə Fan və Çjunxan tayfalarınin üsyanları yatırıldıqdan sonra yerdə qalan 4 tayfadan (Çji (智), Bey (魏), Çjao (趙) və Han (韓)) biri olan Çji (智) üstünlüyə malik idi. E.ə. 454-cü ildə bundan istifadə edən Çji tayfasının başçısı Bo Yao digər 4 tayfadan üsyançı tayfaların ərazilərini ona verməyi tələb edir. Vey və Han tayfaları buna qarşı cürət etməyib razılaçırlar. Çjao tayfası buna qarşı çıxır. Bu zaman Çji ona tabe olan Vey və Han tayfalarını Çjao tayfasına qarşı hərəkət etməyi Taiyuanı ələ keçirməyi tələb edir. Lakin Çjao tayfasına qalib gəlmək mümkün olmur. Vey və Han tayfaları Çji tayfasına bir o qədər də bel bağlamayaraq gizlin Çjao tayfası ilə müttəfiqlik edirlər. E.ə. 453-cü il 8 mayında Çjao, Vey və Xan tayfalarının birləşmiş qüvvələri qəflətən Çjao tayfasına hücum edib onu tamamilə dağıdırlar. Əldə olunuş ərazi isə 3 çarlıq arasında bölünür. Beləliklə də Tszin çarlığı süqut edir.
Hüquqi olaraq tszinin üç çarlığa bölünməsi e.ə. 403-cü ildə təsdiqlənmişdir. Bu an “Üç ailə (tayfa) Tszini bölür” (三家分晉) adlandırılmışdır. Han, Çjao və Vey çarlıqlarının hökmdarları xou (侯) - “markiz” titulu almış olur, 3 çarlıq isə “Üç Tszin” (三晉-San-Tszin) adlandırılmış olurlar. E.ə. 376-cı ilə qədər formal olaraq Tszin çarlıöı da mövcud olmuşdur ki, sonralar ərazisi hər üç çarlıq arasında bölüşdürülmüşdür. E.ə. 403-cü il Döyüşən çarlıqlar dövrünün başlanğıcı olur.