Dövlətyarlı
Dövlətyarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Dövlətyarlı | |
---|---|
39°37′07″ şm. e. 47°09′05″ ş. u. | |
Ölkə | |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.500 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1919[1] |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kəndin adı Səfəvi Şahı- Şah İsmayıl Xətainin Dövlətyar adında yüzbaşısının adına verilmişdir. Kəndi Dövlətyarlı nəslindən olan ailələr saldığı üçün belə adlandırılmışdır. 1890-cı ildə kəndin ilk sakinləri Cənnət oglu İsgəndər və onun dayısı oglanları Təhməz və Eyvaz Susa qəzasından indiki Dövlətyarlı ərazisinə köç etmişlər. Kəndin ilk sakinləridə onlar olmuşlar. Kəndə sonradan gələn sakinlər 1905-ci ildə Erməni-Müsəlman davası nəticəsində qərbi Azərbaycanın Sisyan deyilən ərazisindən keçmiş Karyagin indiki Füzulli rayonunun ərazisinə köç etmişlər.[2] Kənd iki obadan Aşagı oba və Yuxarı obadan ibarət idi. Kənddə 5-tayfa var idi onlardan Muradlı Mehdilli Kazımlı Məmmədli vəYediyarli . Sonradan kəndə İrandan və Qarabagın başqa kəndlərindən köçüb gələrək formalaşaraq 285 evdən ibarət olmuşdur. Kəndin zəhmət sevəriyinin nəticəsində beş nəfər 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür . Müharibədən sonraki aclıq illərində Füzuli rayonu əsasda Dövlətyarlı kəndi bol taxıl yetişdirdiyinə görə qonşu rayonların əhalisi taxıl tələbatlarını ödəmək üçün buraya gəlirlərmiş. Kəndin yaxınlıgında tarixi abidələr Qaraköpəktəpə və Nərgiz təpə yerləşir. Kəndin başqa bir sərvəti isə onun ziyalıları ilə və zəhmət adamları ilə məşhur olmasıdır.
Kənd 9 Noyabr 2020-ci ildə [Azərbaycan Silahli qüvvələri tərəfindən azad edilmişdir [ .[3]
Toponimikası
Dövlətyarlı Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Köndələnçayın (Arazın sol qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndi Dövlətyarlı nəslindən olan ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.[4]
Coğrafiyası və iqlimi
Dövlətyarlı kəndi Füzuli rayonunun mərkəzindən 3 km şimalda, Köndələnçayın (Araz çayının sol qolu) sol sahilində yerləşir. Qarabağ silsiləsinin ətəyindədir. Kəndin xoş bir iqlimi vardır. Belə ki burada bütün fəsillər oldugu kimi özün göstərir. Kəndin ətrafı yüksək və alcaq təpələrlə əhatə olunmuşdur. Cənub istiqamətində Köndələnçay axır. Köndələnçayın ətrafında kənd əhalisinin içməli suya təlabatını ödəyən üç bulaq vardır ki, onlardan ən böyüyü Sarı bulaq, Orta bulaq və Qaraköpək bulağıdır. Kənd yeraltı sərvətləri ilə də məşhurdur. Belə ki kəndin qərb istiqamətində yeləşən daş karxanasından çıxarılan əhəng daşı, Allahqulular dağında tapılan qranit daşı və s. göstərmək olar.
Füzuli rayon Zərgər, Qaraməmmədli, Yağlıvənd, Dilağarda, Qərvənd və Şəkərcik kəndləri Dövlətyarlı kəndi ilə qonşuluqda yerləşən yaşayış məntəqələridir.
Əhalisi
Kəndin əhalisi təxminən 2000 nəfərdir (təxminən 285 ev).
İqtisadiyyatı
1980-ci illərin sonlarına qədər üzümçülük əsas sahəyə çevrilmişdir. 1988-ci ildən yenidən taxılçılıq kənddə inkişaf etməyə başladı. Azərbaycanın ən münbit torpaqları Qarabağ bölgəsində olduğu kimi kəndində torpaqları dəmyə olmasına baxmayaraq çox məhsuldardır. Kənd istər taxılı istərsədə yetişdirdiyi üzümü ilə çox məşhur olmuşdur. Dövlətyarlı kəndində poçt şöbəsi, klub, icra nümayəndəliyi, məktəb, uşaq bağçası və üzüm zavodu fəaliyyət göstərmişdir. Kənd SSRİ dövründə "Telman adına sovxoz" kimi fəaliyyət göstərib.
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 170.
- Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine. report.az (azərb.). 9 noktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427