Dövləkən rayonu

Dövləkən rayonu (başq. Дәүләкән районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
Dövləkən rayonu
Дәүләкән районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°13′00″ şm. e. 55°01′59″ ş. u.


Ölkə
İnzibati mərkəz Davlekonovo
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 1907,31[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 39.450 nəf. (1 yanvar 2019)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34768
Poçt indeksi 4534ХХ
Rəsmi sayt
Dövləkən rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Dövləkən şəhəridir.

Coğrafi yerləşməsi

Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 1 907 km² təşkil edir. İqlimi mülayim-kontinental, isti və quraqdır. Ərazisindən Dim, Kiçik Üydürək, Ürşək çayları axır. Burada Asılıkul gölü yerləşir. Torpaq örtüyü əsasən qaradır. Güçlü küləklərə məruz qalır. Ərazisindən neft, gil, qum, qum-çınqıl qarışı çıxarılır. Rayonun ən gözəl və görməli yerlərindən biri Asılıkuldur. Başqırdıstanın mirvarisi hesab edilir. 1993-cü ildə milli park statusu almışdır.

Tarix

Aurqazin rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.

Əhali

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Davlekanovski rayonu ərazisinin milli tərkibi: başqırdlar — 36,3 %, ruslar — 36,1 %, tatarlar — 17,5 %, çuvaşlar — 3,4 %, ukraynalılar — 3,3 %, digər millər — 3,4 %[3].

İnzibati-ətazi vahidləri

Rayonda 16 kənd inzivati vahidliyinə 92 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat

Aqrar-sənaye rayonudur. Dövləkəndə yeyinti və yüngül sənaye sahələri inkişaf etmişdir. Burada dəmir-beton məmulatları hazırlanır və kənd təsərrüfatı texnikası təmir edilir. Dövləkən süd və kərpiç zavodları fəaliyyət göstərir. Ətlik-südlük istiqamətli maldarlıq, qoyunçuluq və donuzçuluq inkişaf etmişdir. 162,4 min ha ərazi (rayonun 85,2 % ərazisi) kənd təsərrüfatına cəlb edilmişdir. Bunun 34,6 min hektarı otlaq sahəsidir. Meşələr rayonun 5,2 % ərazisini tutur.

Nəqliyyat

Rayon ərazisindən ÇelyabinskMoskva və regional Şişmə — Qırğız-Meyəkə və Büzdək— Tolbazı avtomagistralı keçir.

Sosial sfera

Rayon ərazisində 52 ümumtəhsil mərkəzi, 14 orta məktəb, Davlekanovo peçəkar uçilişi, 28 kütləvi kitabxana, 52 klub, mərkəzi rayon xəstəxanası fəaliyyət göstərir. Burada rus və başqırd dillərində «Asılıkul» — «Balkantau» qəzetləri buraxılır.

Mənbə

İstinadlar

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-11.
  2. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.