Dördlər (Gədəbəy)

DördlərAzərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı inzibati ərazi vahidində kənd.

Dördlər
40°37′ şm. e. 45°27′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Dördlər xəritədə
Dördlər
Dördlər

Toponimikası

Dördlər (oyk.)(sadə) Gədəbəy rayonunun kənd. Axıncaçayın sahilində, Şahdağ silsiləsinin ətəyindədir.

Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi dörd qardaşa (Sadiq bəy, Cəlal bəy, Alı bəy, Əmiraslan ağa) məxsus ailələrin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdır.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 343 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatıəkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Təhsil

40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.[3]

Xarici keçidlər

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.