Dörd kitab

Dörd kitab (ərəbcə: الكتب الاربعة), İslam dininin Cəfəri məzhəbinin 4 əsas hədis kitablarının ümumi adı. Bu kitablar aşağıdakılardır:

Haqqında nəql olunan kəlamlar

Şeyx Hürr Amili belə deyir :

Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir.[1]

Şərafuddin Əbdulhüseyn Musəvi belə deyir :

“Kütubi-arbaə” indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”.[2]

"Kəfi", "İstibsar", "Təhzib", "Mən lə yahduruhul fəqih", mütəvətirdirlər. Tərkibləri şübhəsizdir. "Kəfi" isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir”[3]

İstinadlar

  1. Hürr Amili, “Vəsail uş Şiə”, c. 20, səh. 104
  2. Şərəfuddin Əbdulhüseyn Musəvi, “Müraciat”, “Şəhriyar”, 2005, səh. 299
  3. Şərəfuddin Əbdulhüseyn Musəvi, “Müraciat”, 110-cu məktub.

Həmçinin bax

  • Altı kitab: Əhli-Sünnə məzhəbinin 6 əsas hədis kitabı.

Xarici keçidlər

  • "Kutub-ərbəə — wikishia". az.wikishia.net (az.). İstifadə tarixi: 2024-03-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.