Dördüncü Cenevrə Konvensiyası

Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir.[1] İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.[2]

Dördüncü Cenevrə Konvensiyası
ing. The Geneva Convention relative to the Protection of Civilian Persons in Time of War
Varşavada qaçqınları mühafizə edən əsgərlər (1939)
Varşavada qaçqınları mühafizə edən əsgərlər (1939)
İmzalanma tarixi 12 avqust 1949
İmzalanma yeri Cenevrə, İsveçrə
Tərəflər Siyahı
Dili çex dili

Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir.[3] "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir.[4][5] 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatana qədər isə qarşılıqlılıq norması silahlı münaqişədə davranış üçün əsas verirdi.[6]

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Baş katibin və Ekspertlər Komissiyasının hesabatını qəbul etmişdir. Həmin sənədə əsasən Cenevrə Konvensiyalarının müddəaları beynəlxalq adət hüquq normaları kimi tanınmış və beləliklə, silahlı münaqişələrdə iştirak etdikləri halda həmin Konvensiyaları imzalamayan dövlətlər üçün də məcburi olmuşdur.[7]

Məzmunu

Dünyanın siyasi xəritəsi
Cenevrə Konvensiyaları (CK) və Protokollarının (P) tərəfləri
  I–IV CK və I–III P-ların tərəfləri
  I–IV CK və I–II P-ların tərəfləri
  I–IV CK və I və III P-ların tərəfləri
  I–IV CK və I P-un tərəfləri
  I–IV CK və III P-un tərəfləri
  yalnız I–IV CK-nın tərəfləri

Konvensiyanın 2-ci maddəsinə əsasən, onu imzalayan tərəflər həm müharibə, həm müharibənin elan olunmadığı silahlı münaqişələr, həm də başqa ölkənin ərazisinin işğalı zamanı konvensiyaya tabedirlər.

47—78-ci maddələr işğalçı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur. Belə ki, işğal edilmiş ərazinin sakinlərinin ümumi rifahına dair çoxsaylı müddəalarda olduğu kimi, işğalçı tərəf müdafiə olunan şəxsləri zorla deportasiya edə, yaxud öz mülki əhalisinin bir hissəsini işğal olunmuş əraziyə deportasiya edə və ya köçürə bilməz. Buradakı "deportasiya" ifadəsi adətən əcnəbilərin ölkədən çıxarılması kimi başa düşülür; vətəndaşların ölkədən çıxarılması isə "ekstradisiya" və ya "sürgün" adlanır. Etnik qruplar deportasiyanın təsirinə məruz qalarsa, buna "əhalinin köçürülməsi" də deyilir. Bu halda "köçürmə" hərfi mənada bir yerdən başqa yerə köçmək mənasını ifadə edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatına görə "beynəlxalq humanitar hüquq (işğal edilmiş ərazilərdə) yaşayış məntəqələrinin salınmasını qadağan edir; çünki bu, əhalinin işğal olunmuş əraziyə köçürülməsinin bir formasıdır."[8]

51-ci maddəyə görə, işğalçı tərəf müdafiə olunan şəxsləri onun silahlı və ya yardımçı qüvvələrində xidmət etməyə məcbur edə bilməz. Könüllü əsgərliyi təmin etmək məqsədi daşıyan heç bir təzyiq və ya təbliğata icazə verilmir. İşğalçı dövlət müdafiə olunan şəxsləri on səkkiz yaşına çatmamış, eləcə də yalnız işğalçı ordunun ehtiyacları, yaxud ictimai işlər, qidalanma, sığınacaq və ya işğal olunmuş ölkənin əhalisinin geyimi, daşınması və ya sağlamlığı üçün zəruri olan işlərdə işləməyə məcbur edə bilməz.

Həmçinin bax

İstinadlar

  1. "Convention (IV) relative to the Protection of Civilian Persons in Time of War. Geneva, 12 August 1949". International Committee of the Red Cross. 11 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2023.
  2. "States party to the main treaties". The American National Red Cross. 15 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2009.
  3. "Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and Relating to the Protection of Victims of International Armed Conflicts (Protocol I), June 8, 1977" (PDF). United Nations Treaty Series. 1125 (17512). 11 November 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 May 2023.
  4. Rabkin, Jeremy. "PROPORTIONALITY IN PERSPECTIVE: HISTORICAL LIGHT ON THE LAW OF ARMED CONFLICT" (PDF). San Diego International Law Journal. 16 (2). 2015: 263–340. 2022-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-28.
  5. Gardam, Judith. "Protocols Additional to the Geneva Conventions of 12 August 1949: Introductory Note". United Nations. Audiovisual Library of International Law. 25 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2022.
  6. BENNETT, JOHN. "REAPING THE WHIRLWIND: THE NORM OF RECIPROCITY AND THE LAW OF AERIAL BOMBARDMENT DURING WORLD WAR II" (PDF). Melbourne Journal of International Law. 20. 2019: 1–44. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-28.
  7. "United Nations Audiovisual Library of International Law". United Nations. 12 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2017.
  8. "What does the law say about the establishment of settlements in occupied territory?". www.icrc.org (ingilis). ICRC. 5 October 2010. 23 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.