Dönüklər (film, 2006)

Dönüklər (ing. The Departed) — 2006-cı ildə rejissor Martin Skorsezenin çəkdiyi bədii film. Əsər dörd "Oskar mükafatına" layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenariyə görə, ən yaxşı montaja görə.

Dönüklər
ing. The Departed
Janr dram filmi[1][2][…], kriminal triller[d]
Əsas mövzu mütəşəkkil cinayətkarlıq[d]
Rejissor
Prodüserlər
Baş rollarda
Operator
  • Michael Ballhaus[d]
Bəstəkar
İstehsalçılar Plan B Entertainment[d], Warner Bros.
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 26 sentyabr 2006[6][7], 7 dekabr 2006[8], 6 oktyabr 2006[7]
Müddət 152 dəq.
Büdcə 90.000.000 $[9]
Gəlir 291.480.452 $[10], 132.399.394 $[9]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0407887
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı

Film ABŞHonq Konq istehsalıdır.

Məlumat

Çəkilişlər hadisələrin cərəyan etdiyi Bostonda aparılmalı idi. Amma maliyə məsələləri ilə əlaqədar filmin əsas hissəsi Nyu-Yorkda lentə alınıb. Roluna daha yaxşı hazırlaşmaq üçün Mett Deymon bir müddər Massaçusetsin polis bölmələrindən birində xidmət göstərib. Cek Nikolson əvvəlcə filmə çəkilməkdən imtina edib. Ancaq Martin Skorseze və Leonardo Di Kaprio ilə görüşən aktyor fikrini dəyişib. Eyni vaxtda çəkilən "Ən xoş arzularla" filmində rol almalı olan Leonardo Di Kaprio layihədən imtina edərək bu filmdə Billi Kostiqan rolunu oynamağa üstünlük verib. Robert De Nironun filmdə oynaması nəzərdə tutulmuşdu. Medelin rolunu Keyt Uinslet, yaxud Hilari Suonk ifa edə bilərdilər. Film "Rolling Stones" qrupunun "Gimme Shelter" adlanan klassik melodiyası ilə başlayır.

Obrazlar

  • Leonardo DiKaprioUilyam "Billi" Kostiqan rolunda
  • Mett Deymon — Serjant Kolin Sallivan rolunda
  • Cek NikolsonFrensis "Frenk" Kostello rolunda
  • Mark Uolberq — Serjant Şon Diqnam rolunda
  • Martin Şin — Kapitan Oliver Çarlz Kuinan rolunda
  • Vera Farmiqa — Həkim Medolin Meyden rolunda
  • Alek Bolduin — Kapitan Corc Ellerbi rolunda
  • Entoni Anderson — Polis Braun rolunda
  • Ceyms Bec Deyl — Polis Barriqan rolunda
  • Mark Rolston — Timoti Delahant rolunda
  • Kevin Korriqan — Şon Kostiqan rolunda

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.