Çəkilər
Çəkilər (lat. Cyprinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Çəkilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Ostariophysi Ranqsız: Otophysi Ranqsız: Cypriniphysae Dəstə: Fəsiləüstü: Cyprinoidea Fəsilə: Çəkilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270-dən artıq cinsi, 1800-ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30-dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır. Bu cisim udlaq dişlərilə birlikdə qidanın əzişdirilməsində iştirak edir. Üzmə qovuğu bədən boşluğunda sərbəst yerləşir. Qovuq iki hissədən ibarət olur, bəzən isə çılğaq olur. Veber cihazı vardır. Ağzın kənarlarında bığlar vardırsa, onların sayı 2 cütdən artıq olmur.[3]
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2005.
- Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- F.S.Əsgərov, Y.Y.Zaytsev, R.Y.Qasımov, Z.Quliyev. Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları. Bakı: Bəşər-XXI nəşriyyatı, 2003, səh 56.