Cuvarlinskilər
Cuvarlinskilər — Azərbaycan xalqının soylarından biri.
Cuvarlinskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Kərbəlayı İmamverdi bəy Cuvarlı |
Mənşəyi | Qarabağ, Füzuli |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Cuvarlı |
Soyun yaranması
Bu soy Dizaq mahalının Cuvarlı kəndinə bağlıdır. Soyun ulu babası Kərbəlayı İmamverdi bəy 1760-ci ildə Qarabağın Dizaq mahalının Cuvarlı kəndində dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsə də oxumuşdu. Sarayda xidmət etmiş, sonra İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu quşçu təyin etmişdi.
Kəndlərinə köçmüş, burda yaşayan 5 ailə ilə xanın ov quşlarını saxlayıb təlim vermişdi. Xan onu təliqə ilə vergi və mükəlləfiyyətlərdən azad etmişdi. Üstəlik ona Cavanşir-Dizaq mahalının ərazisində olan Tarxan yurdunu mülk kimi vermişdi.
Kərbəlayı İmamverdi bəyin Məhəmməd bəy, Yaqub bəy, Yusif bəy, Hüseynqulu bəy, Rzaqulu bəy və Nəcəfqulu bəy adlı oğulları vardı.
Soyun tanınmış nümayəndələri
- Kərbəlayı İmamverdi bəy Cuvarlı — Qarabağ xanı İbrahimxəlil xanın quşçusu, Cuvarlinskilərin ulu babası.
- Cavad bəy Cuvarlı — müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu (1906).
- Mehdi bəy Cuvarlinski — baytar, müəllim, akademik Çingiz Cuvarlinskinin atası.
- Məmməd Cuvarlinski — Azərbaycan SSRnin təhsil naziri (Maarif komissarı), partiya və dövlət xadimi.
- Çingiz Cuvarlı — akademik, əməkdar elm xadimi.
- Toğrul Cuvarlı — yazıçı, ssenari müəllifi, kino redaktoru.
Mənbə
- Ənvər Çingizoğlu, Cuvarlinskilər, "Soy" dərgisi, 5 (25), 2009, səh.17–21.
- M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.