Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Sərv | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Sərv |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır.
Təbabətdə
Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir. Diş ağrısında və damaqda yaralar olarsa iynəyarpağın və qozaların həlimi ilə ağızı yaxalamaq fayda verər. Qozaların həlimi ilə zəhərli cücülər dişləyərkən inqalyasiya etmək lazımdır. Sərv qozalarının məlhəmi və balını daxilə qəbul etdikdə, öskürəyi rəf edir və mədəni möhkəmləndirir. Bütün bunları "Məxzənül-ədviyyə" (XVII əsr) əsərinin müəllifi söyləyir.
İbn Sinaya görə sərv iynəyarpağı və onun qozaları güclü büzüşdürücü keyfiyyətə malikdir. Sonunucular yaranı birləşdirir, qanaxmanın və irinləmənin qarşısını alır. Sərv iynəyarpağı dəmrovu yox edir, dəri iltihab xəstəliklərində və irinli yaralarda kömək edir. Sərv qozalarının çaxırda həlimini qanqusmada, astmada, köhnə öskürəklərdə, çətin sidikdurğunluğunda və bağırsaqda olan xoralar zamanaı içməyi məsləhət görürlər.
Azərbaycan xalq təbabətində sərv qozalarını babasildə və ishala qarşı sulu həlim şəklində qəbul edirlər.
Müasir tibb elmində
Burada sərvin tətbiqi geniş yayılmamışdır. Bakıda bitən sərv ağaclarının iynəyarpağı və qozaları üzərində eksperimental tədqiqatlar aparılmışdır. Müəyyən olunmuşdur ki, iynəyarpaq və qozalardan hazırlanmış preparatlar güclü sidikqovucu, antibakterial və yarasağaldıcı təsir göstərir.
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 435. doi:10.5962/BHL.TITLE.746
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1002.