Cunius Riçard Cayavardene

Cunius Riçard Cayavardene (ing. Junius Richard Jayewardene, синг. ජුනියස් රිචඩ් ජයවර්ධන) (17.9.1906, Kolombo – 1.11.1996, orada) – Şri-Lankanın dövlət və siyasi xadimi, Şri-Lankanın baş naziri ( 23 iyul 1977-ci il4 fevral 1978-ci il), sonra isə Şri-Lanka prezidenti (4 fevral 1978-ci il2 yanvar 1989-cu il).[1]

Cunius Riçard Cayavardene
sinh. .ජුනියස් රිචඩ්
Şri-Lanka Prezidenti[d]
4 fevral 1978 2 yanvar 1989
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kolombo, Şri-Lanka
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Kolombo, Şri-Lanka
Təhsili
  • London Universiteti[d]
Fəaliyyəti diplomat, siyasətçi, vəkil
Dini buddizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Cayavardene ABŞ səfəri zamanı prezidenti Ronald Reyqana fil hədiyyə edir. 1984-cü il

Zadəgan sinhqal ailəsindəndir. Seylonda kral və universitet kolleclərində təhsil almış, 1932–40-cı illərdə vəkil işləmişdir. Tezliklə hüquq sahəsindən uzaqlaşmış və siyasətlə məşğul olmağa başlamıdır. Cavanlıq illərində protestantlıqdan buddizmə keçmişdir. İkinci Dünya müharibəsi illərində Yaponiya ilə gizlin danışıqlarda iştirak etmiş və adada olacaq anti-britaniya üsyanını müzakirə etmişdir. 1943-cü ildə Seylon Milli Konqresi partiyasına üzv olmuşdur. 1946-cı ildən Birləşmiş Milli Partiyanın (BMP) liderlərindən biri idi. 1948-ci ildə Seylon (1972-ci ildən Şri-Lanka) müstəqillik qazandıqdan sonra maliyyə naziri (1948–53), kənd təsərrüfatı və ərzaq naziri (1953-56), dövlət naziri (1965–70), müdafiə və xarici işlər nazirliklərinin parlament katibi, 1960–77-ci illərdə parlamentdə BMP fraksiyasının lideri olmuşdur. 1973-cü ildə BMP-nin sədri seçilmişdir. 1977-ci ilin iyulundan 1978-ci ilin fevralınadək baş nazir, eyni zamanda müdafiə, planlaşdırma və iqtisadiyyat, planların yerinə yetirilməsinə nəzarət naziri idi.  

1978 -ci ilin fevralında Şri-Lankanın ilk prezidenti seçilmişdir; həm də müdafiə naziri, planların yerinə yetirilməsi üzrə nazir, ali təhsil naziri, silahlı qüvvələrin ali baş komandanı vəzifələrini tuturdu. 1982-ci ildə 6 il müddətinə yenidən prezident seçilmişdir. Cayavardene bazar iqtisadiyyatının inkişafına yönəlmiş islahatlar aparmış, dövlət müəssisələrini sahibkarlara vermiş, özəl kapitalın inkişafı və xarici kapitalın ölkəyə cəlb olunması məqsədilə azad ticarət zonaları yaratmışdı. Cayavardenenin prezidentliyi dövründə sinhqal və tamil icmaları arasında münasibətlərin gərginləşməsi 1983-cü ildə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Cayavardene tamil separatizmini pisləmiş, ölkədə vəziyyətin normallaşdırılması məqsədilə bir sıra diplomatik və hərbi addımlar atmışdı. Onun təşəbbüsü ilə 1987-cü ildə Şri-Lankaya Hindistan hərbi kontingenti yeridilmişdi. Məhs Cayavardene Raciv Qandinin təşəbbüsünü dəstəkləmiş və ölkədə tamillərə muxtariyyət verilməsinə müsbət yanaşırdı. Nəticədə sinhallar arasında narazılıq güclənmiş və Cayavardeye qarşı sui qəsəd cəhtləri artmışdır. Tamil İlamin Azadlıq Pələngləri təşkilat bu sui qəsdlərin çoxunun qarşısını almışdır. 1989-cü ildə istefa vermişdir. 

Mənbə

  • Cayavardene Cunius Riçard // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel  Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 201. ISBN 978-9952-441-10-9.
  • De Silva, K. M., Wriggins, W. H. J.R. Jayewardene of Sri Lanka: a political biography. University of Hawaii Press, 1988
 

İstinadlar

  1. "Junius Richard Jayewardene (1906-1996)". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.