Culio Natta
Culio Natta (d. 26 Fevral 1903 - 2 May 1979) Nobel Mükafatı sahibi, İtaliyan kimyagər və elm adamıdır. 1963-cü ildə yüksək polimerlərlə əlaqədar fəaliyyətlərinə görə Karl Zigler ilə Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. Ayrıca 1969-cu ildə Lomonosov Qızıl Medalının sahibi olmuşdur.
Culio Natta | |
---|---|
it. Giulio Natta | |
Doğum tarixi | |
Doğum yeri | İmperiya, İtaliya |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Berqamo, İtaliya |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Vətəndaşlığı | İtaliya |
Elm sahəsi | Kimya |
İş yeri | Paviya Universiteti |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | Nobel mükafatı |
giulionatta.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
İlk illəri
Natta İtalyanın İmperiya şəhərində anadan olmuşdur. 1924-cü ildə Milandakı Politecnico di Milanoda kimya mühəndisi adını almışdır. 1927-ci ildə isə yenə burada professor olmuşdur. 1933-cü ildə Paviya Universitetində professorluq etmiş və Ümumi Kimya İnstitutunun idarəçisi olmuşdur və 1935-ci ilə qədər burada qalmışdır. 1935-ci ildə Roma La Sapienza Universitetinə fizikokimya professoru olmaq məqsədiylə müraciət etmişdir.
Karyerası
1936 və 1938-ci illərdə Politecnico di Torinoda professorluq etmiş və Sənaye Kimya İnstitutunun idarəçisi olmuşdur. 1938-ci ildə Politecnico di Milano Universitetində kimya mühəndisliyi sahəsinin rəhbərliyinə gətirilmişdir. Nattanın Politecnico di Milanodakı işləri Karl Ziglerin əvvəlki işlərinin inkişaf etdirilməsini təmin etdi və bu sayədə Zigler-Natta katalizatoru inkişaf etdirildi. 1963-cü ildə yüksək polimerlər mövzusundakı işləri ilə Karl Zigler ilə birlikdə Kimya üzrə Nobel mükafatının sahibi olmuşdur.
Şəxsi həyatı
Nattaya 1956-cı ildə Parkinson xəstəliyi diaqnozu qoyuldu. 1963-cü ildə vəziyyəti daha da pis vəziyyətə gəldi və Stokholmdakı Nobel Mükafat Mərasiminə oğlunun köməyi ilə qatıldı və danışmasını yoldaşlarının etməsi gərəkli oldu. Culio Natta 76 yaşında ikən İtaliyanın Berqamo şəhərində vəfat etdi.
İstinadlar
- Giulio biyografisi Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine
- Giulio Natta Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine Nobel ödülü