Culian Assanj
Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[1][2][…], Taunsvil[d], Kvinslend[3]) — Avstraliya internet jurnalisti, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır.
Culian Assanj | |
---|---|
ing. Julian Paul Assange | |
Doğum tarixi | 3 iyul 1971[1][2][…] (52 yaş) |
Doğum yeri |
|
Uşağı | 4[4][5][…] |
Milliyyəti | avstraliyalı |
Təhsili | |
Fəaliyyəti | internet aktivisti, haker, proqramçı, informatik, televiziya prodüseri[d], telerejissor, yazıçı, jurnalist, aparıcı, iş adamı, informator |
Fəaliyyət illəri | 1987-ci ildən |
Partiyası |
|
Mükafatları |
Amnesty International UK Media Awards 2009 Sam Adams Award 2010 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub.
2006-cı ildə Vikiliks saytını yaratmışdır. Assanj doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu Vikiliksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanj, özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanj tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanj da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assanjın həbsinə qərar verdi. 1 dekabr tarixində Assanj Londona gəldi və İsveç İnterpol vasitəsilə onun barəsində beynəlxalq axtarış elan etdi. Assanj 7 dekabr 2010-cu il tarixində İngiltərədə polisə təslim olaraq həbs edilsə də, 10 gün sonra zaminə buraxıldı. 2012-ci ilin iyununda Assanj İngilitərədə bütün məhkəmə instansiyalarındakı iddialarını uduzduqdan sonra Ekvadorun Birləşmiş Krallıqdakı səfirliyində sığınacaq aldı.
7 il səfirlikdə qalan Assanjı 11 aprel 2019-cu ildə Ekvadorun Birləşmiş Krallıqdakı səfirinin dəvəti ilə ingilis polisi səfirliyin içində həbs etmişdir.[7]
İstinadlar
- Julian Assange // Brockhauz Ensiklopediyası (alm.).
- Julian Assange // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- http://www.smh.com.au/technology/technology-news/assange-wanted-by-us-for-espionage-offences-20101208-18ouj.html.
- https://www.bbc.com/news/world-52262075.
- https://www.theaustralian.com.au/weekend-australian-magazine/stella-moris-my-secret-family-with-julian-assange/news-story/c6b0ba2394dafcd1bc45863a4b0d0291.
- https://www.forbes.com/sites/andygreenberg/2012/09/14/an-excerpt-from-this-machine-kills-secrets-the-education-of-julian-assange/#5cc13b20b585.
- "Arxivlənmiş surət". 2019-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.