Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci ildən Cufa şəhərində fəaliyyət göstərən muzey.

Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1981
Mövzu Tarix
Yerləşir Xaqani, 21, Culfa, AZ7200
Kolleksiyası 3000 eksponat
İş rejimi (II – VII) 10:00 – 18:00

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemindədir. 5 şöbədən ibarətdir.[1]

Muzeyin tarixi

Muzey Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır.[2]

Eksponatları

Muzeydə 3000-dən çox eksponat saxlanılır.[3] Bu eksponatlar sırasında mis və saxsı qab nümunələri, bəzək əşyaları, bədii tikmə və milli geyimlər, toxuculuq məmulatları, məişət əşyaları, rayon ərazisindəki tarixi memarlıq abidələrinin rəsm və fotoşəkilləri və s. toplanmışdır. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III–I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir.[4] 5 şöbədən ibarət olan muzeydə XVI–XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir. Müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunmuşdur.[5] Muzeyin sərgi salonu kimi fəaliyyət göstərən foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sərgi stendi də buraya gələnlərə xoş təsir bağışlayır.[6]

İstinadlar

  1. "Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 75 eksponat təqdim olunub". 2021-01-10 tarixində arxivləşdirilib.
  2. "Culfa rayon Tarix-Diyarşünaslıq Muzeyi". www.serqqapisi.az. 2019-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
  3. "Tarix-diyarşünaslıq muzeylərinin yaranması və fəaliyyəti". tarixmuzeyi.nmr.az. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
  4. "Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. İstifadə tarixi: 16.02.2021.
  5. "NAxçıvan muzeyləri". nmn.az. 2020-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
  6. "Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi yeni eksponatlarla zənginləşdirilmişdir". azertag.az. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.02.2021.

Mənbə

  • Naxçıvan Ensiklopediyası, 2 cilddə. I cild, İstanbul:Bakanlar Medya, 2005.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.