Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]
kənd | |
Cul | |
---|---|
39°39′27″ şm. e. 45°37′00″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.880 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır[5].
Toponim çul türk etnonimi[6][7] əsasında yaranmışdır.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə (56 kişi, 61 qadın, cəmi 117 nəfər)[8], 1873-cü ildə 708 nəfər, 1886-cı ildə 899 nəfər, 1897-ci ildə 1214 nəfər, 1904-cü ildə 1222 nəfər, 1914-cü ildə 1344 nəfər, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakmləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır[9].
SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci ildən burada ermənilər yaşayır.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.84
- Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.91
- Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s. 111-114
- Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.190-194
- "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 158-159