Cudi dağı
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ.
Cudi dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Zaqros dağları |
Mütləq hündürlüyü | 2.118 m |
Yerləşməsi | |
37°22′41″ şm. e. 42°27′14″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi rəvayətlər
İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər.
Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi. Gəmi də Cudiyə oturdu və "Zalımlar birliyi Allahın rəhmətindən uzaq olsun!" deyildi. şəklində izah edilər.
Quran təfsirlərində Cudinin Musula yaxın bir yerdə olduğundan bəhs edilər.Bəhs edilən dağ, bu gün Cizre sərhədləri içində olan dağ, indiki vaxtda Türkiyə cümhuriyyətinin Şırnak eli sərhədləri içinə düşməkdədir. Şırnak adı, "Şəhəri Nuh" mənasında çox köhnə bir addır. Cudi Dağının ətəyində adı "səksənlər" mənasını verən Heştan Kəndi var. Heştan kəndinin Nuh tərəfindən qurulduğuna inanırlar, və kəndin adı Nuhun Gəmisində olan səksən adama görə belə adlandırılıb.
Cudi Dağı, dinlər tarixi və xüsusilə İslam dini baxımından əhəmiyyətlidir. Çünki Qurani Kərimdə Nuhun gəmisinin tufandan sonra Cudi Dağına oturduğu ifadə edilməkdədir.
Bu dağın hansı dağ olduğu mövzusunda müxtəlif şərhlər var. Ən çox üzərində durulan dağlardan ikisi Şərq Anadolu Bölgəsində iştirak edən Ağrı Dağı və Cənub-şərq Anadolu Bölgəsində olan Cudi Dağıdır. Bu iki addan ağırlıqlı olanı Cudi Dağıdır. Bu mövzuda diqqət çəkilən dəlillərdən biri Ağrı Dağının çox sarp və yaşamağa əlverişli olmayan quruluşudur. Buna qarşılıq Cudi Dağı gəminin enməsi və insanların sığınması üçün çox böyük üstünlüklərə malikdir.
Digər tərəfdən alimlər Cudi sözünün "comərdlik" mənasındakı "Cud" sözündən gəldiyini söyləyərək, bunu fikirlərinə dəstək göstərmişlər.
Quraq bir bölgədə olan Cudi Dağının yüksək seqmentləri çox yağmur götürər. Bundan ötəri 1500-2000 metrlər arasında şam və palıd meşələri vardır. Türkiyə-İraq sərhədinə 15. km məsafədə və ellips formasında olan Cudi Dağı üzərində 2000 metri aşan dörd doruk var. Bunlardan 2017 metr yüksəklikdə olanı, "Nuh Peyğəmbər Ziyarət Təpəsi" olaraq xatırlanar.
Gertrude Bell adlı, digər bir adı 'Səhra Qızı' olan, bu ingilis səyyahıda Cudi Dağını ziyarət etmiş və 'Amurath the Amuraht' kitabında Nuhun gəmisindən bəhs etmişdir.