Cry

CryMaykl Ceksonun 2001-ci ildə çıxardığı onuncu və sonuncu studio albomu olan Invincible albomundan olan sinql. Mahnı R&B ifaçısı və bəstəkar, həmçinin Ceksonun 1995-ci ildə çıxardığı sinqlı "You Are Not Alone" mahnısının müəllifi olan R. Kelly tərəfindən yazılmışdır. Mahnının prodüserliyi isə Ceksonun özü və R. Kelly tərəfindən edilmişdir. 2001-ci ilin dekabrında çıxarılmış sinql "Invincible" albomundan olan üçüncü sinqldır. "Cry" dünyanın önəmli problemlərindən bəhs edən R&B balladadır. Mahnının sözləri insanları dünyanı xilas etməyə çağırır. Mayklın bu səpkidə olan bir neçə əvvəlki mahnıları kimi bu əsər də insanları sülhə və çevrəçiliyə çağırır.

Cry
Maykl Cekson tərəfindən Invincible albomunda ifa olunmuş sinql
B tərəfi "Shout" və "Streetwalker"
Yayımlanma tarixi 3 dekabr, 2001
Format sinql
Janr R&B, gospel
Dil ingilis dili
Müddət 5:01
Prodüser Maykl Cekson, R. Kelly
Bəstəkar R. Kelly
Sözlərin müəllifi R. Kelly
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"You Rock My World" "Cry"
(2001)
Audio nümunəsi
Cry mahnısının səslənməsi

Sinql ikiüzlü çıxarılmış, B-üzdə "Shout" və "Streetwalker" mahnıları təqdim edilmişdir. "Cry" musiqi tənqidçiləri tərəfindən müxtəlif rəylər almışdır. Beynəlxalq səviyyədə də sinql orta səviyyəli nəticə göstərmiş, hit oaradlarda yüksəldiyi ən yüksək mövqe Niderlanda on altıncı pillə, ən aşağı nəticə isə Avstriyada olmuşdur. Mahnıya həmçinin Nikolas Brandtın rejissorluğu ilə klip də çəkilmişdir. Klipdə Cekson özü çəkiləmiş, əl-ələ tutaraq yanaşı düzülmüş insanlar təsvir edilmişdir.

Fon

"Cry" mahnısı Maykl Cekson tərəfindən özünün onuncu və sonuncu studio albomu olan Invincible albomu üçün ifa edilmişdir. Mahnı R&B ifaçısı və bəstəkar R. Kelly tərəfindən yazılmışdır. Bu mahnı Maykl Cekson və R. Kellynin ikinci işbirliyidir. Birinci işbirliyi isə 1995-ci ildə çıxarılmış "You Are Not Alone" mahnısı olmuşdur. Mahnnın prodüserliyini Cekson və Kelly etmişdir. Sinql ABŞ-dən kənarda 2001-ci iln dekabrında "Invincible" albomundan olan üçüncü və sonuncu sinql kimi təqdim edilmişdir. Sinql ikiüzlü çıxarılmış və digər üzdə "Shout" və "Streetwalker" mahnıları təqdim edilmişdir.[1] "Shout" əvvəllər çıxarılmamış mahnı[2] olsa da, "Streetwalker" 1987-ci ildə çıxarılmış "Bad" albomuna daxil edilmişdir.

Kompozisiya

Mahnının mövzusunu dünyanı müharibələrdən təmsil etmək və qardaşlığı yaymaq təmsil edir. Mahnıda deyilir ki, əgər hamı bir-birinə dəstək olsa o zaman dünyanı dəyişmək mümkündür necə ki, Cekson oxuyur: "You can change the world/I can't do it by myself"."[3] "Roky Mountain News"dan musiqi tənqidçisi Mark Barun qeyd edir ki, Maykl Cekson mahnıda "I can't do it by myself" deyərkən hiss olunur ki, o, ağlayır.[4] Mahnı mövzu və sözləri baxımından Ceksonun 1988-ci ildə çıxardığı "Man in the Mirror" [5]1991-ci ildə çıxardığı "Heal the World"[6] mahnıları ilə oxşardır. "Hartford Courant"dan tənqidçi Rocer Katlin qeyd edir ki, Maykl Cekson mahnının sözlərini böyük hüznlə tələffüz edib.[7] "The San Diego Union Tribune"dan Corc Varqa isə qeyd edir ki, mahnı musiqi baxımından Corc Mayklın ifa etdiyi bir çox mahnılarla oxşarlıq təşkil edir.[8] "Cry" mahnısının musiqisi A major açarı üzərində bəstələnmişdir.[9]

Tənqidçilərin mövqeyi

"Allmusic"dən Jason Elias qeyd edir ki, "Cry" üsyankarlığı və özündə sülhü əks etdirməsi ilə Kuinsi Consun prodüserliyi ilə ərsəyə gəlmiş "Bad" mahnısını xatırladır və mahnıda dünyaya sevgiylə birgə ruh düşkünlüyü və dərin kədər də özünü büruzə verir.[10]

"New York Times" qəzetindən Jon Pareles qeyd edir ki, "mahnını "change-the-world-song" adlandırmaq daha düzgün olardı. Çünki mahnıda pop musiqi üçün həddən artıq yad olan Ceksonun çağırışına cavab olaraq hamı eyni vaxtda "ağlasın və dua etsin" kimi böyük utopik fikirlər əksini tapmışdır."[11]

"Yale Daily News"dan Ketrin Halabi isə qeyd edir ki, "mahn müasir xarakterli albomda ən zəif əsərdir."[12]

"NME"dən musiqi tənqidçisi Mark Beaumont qeyd edir ki, "Ceksonun uşaqlarıın müdafiəsi ilə bağlı sözlərinin yaratdığı ək-sədadan sonra "Cry" mahnısının sözləri müəyyən qədər zəif təsir bağışlayır."[13]

"Villige Voice"dan Frank Koqan isə qeyd edir ki, ""Cry" mahnısı, eləcə də "Invincible" albomuna daxil olan digər mahnılar olduqca sevimlidir. Onlar elə təəssürat yaradır ki, sanki Maykl Cekson sənin yanında durub sənə gözəllik slaydı göstərir."[14]

"Los Angeles Times"ın köşə yazarı Robert Hilbörn yazır ki, "mahnı sosial qeydlərlə dolu olması baxımından Ceksonun 1988-ci ildə çıxardığı sinqlı "Man in the Mirror" mahnısına bənzəyir.".[5] Eyni zamanda "Hartford Courant"dan tənqidçi Rocer Katlin isə qeyd edir ki, mahnı Ceksonun "Heal the World" mahnısına bənzəyir.[7]

"Newsday" qəzetinin köşə yazarı Glenn Gamboa isə deyir ki, "mahnı Invincible albomunda olan digər mahnılarla eyni səviyyədədir."[15]

"Rolling Stone" jurnalından Ceyms Hanter isə qeyd edir ki, "R. Kelly çox və ya az dərəcədə olsa da mahnı dünyamızın problemlərini göstərə bilmişdir".[16]

"FOX News"un müxbiri Roger Friedman qeyd edir ki, "albomda insana kədərləndirli anlar yaşadan iki mahnı var ki, onlardan da biri "Cry", digəri isə "Don't Walk Away" mahnısıdır."[3] Daha sonra o qeyd edir ki, "Cry" mahnısının musiqisini çox sevsə də, sözləri bəzən onda "gülüş" doğurur.[3]

"New York's Daily News"dan Cim Farber yazır ki, ""Cry" Ceksonun "dünyanı yaxşılaşdırma" cəhdinin davamı kimi qiymətləndirilməli və etiraf edilməlidir ki, dünyanın xilas edilməsinə dəstək kompaniyasında onun böyük rolu var."[17]

Hit-parad performansı

"Cry" sinql kimi ABŞ-dən kənarda çıxarılmış və "Billboard"ın heç bir hit paradına daxil olmamışdır. Invincible albomundan çıxarılmış digər sinqllardan fərqli olaraq "Cry" dünyada orta səviyyəli maddi uğur qazanmışdır. Mahnı "UK Singles Chart"da 22 dekabr 2001-ci ildə iyirmi beşinci yerdə debüt etmiş və bundan yeksək mövqeyə qalxa bilməmişdir.[18] Bununla belə mahnı ardıcıl olaraq dörd həftə ərzində 2001-ci ilin dekabr, 2002-ci ilin yanvar aylarında hit paradda qala bilmişdir.[18] "French Singles Chart"da isə mahnı 12 dekabrda otuz yeddinci yerdə debüt etmiş və otuzuncu yerə kimi yüksələ bilmişdir.[19] 12 dekabrda mahnı "Australian Singles Chart"da qırxıncı yerdə debüt etmiş və bu yerdən yuxarı yüksələ bilməmişdir.[20] Həmçinin bu hit paradda mahnı yalnız bir həftə ərzində qala bilmişdir.[20] Mahnı "Belgian Tip Singles Chart"a daxil ola bilməsə də, 15 dekabrda "Belgian Walonia" hit paradında otuz yeddinci pillədə debüt etmiş və 12 yanvar 2002-ci ildə otuz ikinci yerə yüksəlmişdir.[21]

"Cry" "Swedish Singles Chart"da dörd həftə ərzində qalmışdır.[22] 21 dekabrda əllinci yerdə debüt edən mahnı bu hit paradda növbəti həftə qırx səkkizinci yerə yüksəlmişdir. Növbəti həftələr ərzində isə mahnı yalnız geriləmişdir.[22] "Swiss Singles Chart"da mahnı qırx ikinci yerə kimi yüksəlmiş və dörd həftə hit paradda qalmışdır.[19] Sinqlın ən böyük uğur qazandığı ölkə Danimarka olmuşdur. Hit paradda cəmi bir həftə qalsa da mahnı burda ilk iyirmiliyə daxil ola bilmiş və on səkkizinci yerə kimi yüksəlmişdir.[23] "Dutch Top 40"da mahnı 15 dekabrda qırx səkkizinci yerdə debüt etmiş və otuz səkkizinci yerə kimi yüksəlmişdir. Sinqlın ən pis nəticə göstərdiyi ölkə Avstriya olmuşdur. Bu ölkənin hit paradında 16 dekabrda altmış beşinci yerdə debüt edən mahnının yüksəldiyi ən yüksək mövqe də elə altmış beşinci pillə olmuşdur. Növbəti həftədə isə mahnı yetmiş birinci pilləyə enmişdir.[24]

Klip

Maykl Cekson mahnıya klip və ya qısa film də çəkdirmişdir.[2] Klipin rejissorluğunu əvvəllər də Ceksonla birgə işləmiş və 1995-ci ildə çıxarılmış HIStory: Past, Present and Future, Book I albomundan olan "Earth Song", "Childhood" və "Stranger in Moscow" mahnılarına klip çəkmiş Nikolas Brandt etmişdir.[2] Klip beş fərqli məkanda çəkilmişdir ki, onalrdan da beşi Kaliforniyada, biri isə Nevadada yerləşir. Klipdə çəkilən insanlar həqiqətən də real həyatda gospel qrupların üzvləridirlər.[2] Cekson özü klipdə çəkilməmişdir.[25] "Michael Jackson the Solo Years" kitabının müəllifləri olan Craig Halstead və Chris Cadman qeyd edirlər ki, Ceksonun əvvəllər mahnıları üçün çəkilən kliplərdə göstərdiyi canfəşanlığı nəzərə alsaq demək olar ki, son dövrlərdə o "kədərli evcil" olmuşdur.[2] Hər iki müəllif inamla qeyd edirlər ki, Ceksonun klipdə çəkilmək üçün azacıq da olsa həvəsi olmamışdır.[2] Klip əl-ələ tutmuş müxtəlif yaşda, irqdən və fərqli geyimlərdə olan insanların təsviri ilə başlayır. Daha sonra bu cür insanlar meşədə, çayırda və şəhərdə təsvir edilir. Klipin finalında insanlar əllərini göyə qaldıraraq xor oxuyur.

Kompozisiyaların siyahısı və formatı

Hit paradlarda mövqeyi

Chart (2001) Peak
position
Australian Singles Chart 43[19]
Austrian Singles Chart 65[19]
Belgium (Walonia) Singles chart 31[19]
Danish Singles Chart 16[19]
France Singles Chart 30[19]
Swedish Singles Chart 48[19]
Swiss Singles Chart 42[19]
UK Singles Chart 25[18]
Brazilian Singles Chart 1[19]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-22.
  2. Halstead, Cadman, p. 197
  3. Friedman, Roger. "Exclusive: Jacko's New Album, a Thin Line Between Hostility and Puppy Love". FOX News. FOX News Network, LLC. 2001-10-19. 2009-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  4. Brown, Mark. "MICHAEL JACKSON IS HARDLY `INVINCIBLE'". Rocky Mountain News. 2001-11-02. 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  5. Hilburn, Robert. "Michael Jackson's 'Invincible'". Los Angeles Times. Tribune Company. 2001-10-28. 2012-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  6. "STILL THE KING, -- MICHAEL JACKSON PROVES HIMSELF AS THE REIGNING KING OF POP ON HIS NEW ALBUM, "INVINCIBLE."". The Wichita Eagle. 2001-11-11. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  7. Catlin, Roger. "`INVINCIBLE': NEW MATERIAL, ECHOES OF PAST". Hartford Courant. 2001-10-31. 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  8. Varga, George. "Very vincible". The San Diego Union Tribune. 2001-11-08. 2011-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  9. "Cry – Michael Jackson Digital Sheet Music (Digital Download)". MusicNotes.com. Alfred Publishing Co. Inc. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-08. (#apostrophe_markup)
  10. Elias, Jason. "Song Review". Allmusic. Rovi Corporation. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14.
  11. Pareles, Jon. "Music; To Regain Glory, The New Michael Imitates the Old (Page 2)". New York Times. New York Times Company. 2001-10-28. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  12. Halaby, Catherine. "Jacko exposes mortality in Invincible". Yale Daily News. 2001-11-02. 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  13. Beaumont, Mark. "Michael Jackson : Invincible". NME. IPC MEDIA. 2001-10-30. 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  14. Kogan, Frank. "The Man in the Distance". Village Voice. Village Voice Media. 2001-11-27. 2009-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-13.
  15. Gamboa, Glenn. "POP MUSIC / A Tarnished Crown / Michael Jackson seeks to reaffirm his title of King of Pop with the release of his new album 'Invincible'". Newsday. 2001-10-28. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  16. Hunter, James. "Michael Jackson: Invincible". Rolling Stone. Wenner Media LLC. 2001-12-06. (#accessdate_missing_url)
  17. Farber, Jim. "FROM 'BAD' TO WORSE FOR JAX 'INVINCIBLE' IS JUST PLAIN UNORIGINAL". New York Daily News. 2001-10-24. İstifadə tarixi: 2010-05-13. (#apostrophe_markup)
  18. "Cry". Charts Stats. The Official Charts Company. 2007-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.
  19. "Michael Jackson – Cry (chanson)". LesCharts.com. Hung Medien. 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-13. (#apostrophe_markup)
  20. "MICHAEL JACKSON – CRY (SONG)". Australian-Charts.com. Hung Medien. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14. (#apostrophe_markup)
  21. "MICHAEL JACKSON – CRY (CHANSON)". Ultratop.be. Hung Medien. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14. (#apostrophe_markup)
  22. "MICHAEL JACKSON – CRY (SONG)". SwedishCharts.com. Hung Medien. 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14. (#apostrophe_markup)
  23. "MICHAEL JACKSON – CRY (SONG)". DanishCharts.com. Hung Medien. 2012-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14. (#apostrophe_markup)
  24. "MICHAEL JACKSON – CRY (SONG)". AustrianCharts.at. Hung Medien. 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14. (#apostrophe_markup)
  25. Halstead, p. 74
  26. "Michael Jackson – Cry". Discogs. 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.
  27. "Michael Jackson – Cry". Discogs. 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 201-05-12.
  28. "Michael Jackson – Cry". Discogs. 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.
  29. "Michael Jackson – Cry". Discogs. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.
  30. "Michael Jackson – Cry". Discogs. 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.