Çökükbaş ilanlar
Çökükbaşlar, çökükbaş ilanlar (lat. Crotalinae) və ya zınqırovlu ilanlar (lat. Crotalidae) — gürzələr fəsiləsinə aid ilan yarımfəsiləsi. Burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir uçları vasitəsilə hava temperaturunun ən zəif (0,1°S-dən) dəyişilməsini hiss edir, ovunu yaxşı duyur. Müxtəlif onurğalılarla, əsasən, məməlilərlə qidalanır. Tropik meşə və səhralarda, bəzi növləri dağlarda yaşayır. Əksəriyyəti yumurtadiridoğandır. Şimali Amerikada yaşayan Crotalus və Sistrurus cinslərinin quyruğunun uçunda zınqırov var (adı da buradandır). Quyruğunun uc seqmentləri bir-birinə toxunduqda zınqırov səsinə bənzər səs çıxarır. Asiyada, Şimali və Cənubi Amerikada 6 cinsi, 120-dən çox növü yayılmışdır. Pliosendən məlumdur. Azərbaycanda 1 növü var. Zəhəri güclüdür. İnsan və heyvanlar üçün çox təhlükəlidir.
Çökükbaş ilanlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Klad: Toxicofera Klad: Ophidia Yarımdəstə: İnfradəstə: Alethinophidia Klad: Afrophidia Klad: Caenophidia Klad: Colubroides Fəsilə: Yarımfəsilə: Çökükbaş ilanlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
İstinadlar
- Pyron R. A., Burbrink F. T., Wiens J. J. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evol. Biol. BMC, Springer Science+Business Media, 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148 doi:10.1186/1471-2148-13-93 PMID:23627680