Creation Club
Creation Club (azərb. "Yaradılış Klubu") — "Bethesda Game Studios" tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" videooyunları üçün dizayn edilmiş mikroödəniş sistemi. Sistem ilk dəfə olaraq, 28 avqust 2017-ci il tarixində "Fallout 4" üçün buraxılmışdır. "Creation Club" "Bethesda"nın dəstəyi ilə fanlar tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" üçün yaradılan modları ehtiva edir.[1] İstehsalçılar modlara böyük diqqət ayırırdı, bunun səbəbi "Creation Club"dakı modların ödənişli olması idi. "Creation Club"dakı modlar digər modlardan fərqli olaraq çox keyfiyyətlidir.[2][3]
Qəbul
"Creation Club" oyunçular tərəfindən mənfi rəy almışdır. "Bethesda" eyni sistemi "The Elder Scrolls V: Skyrim"ə gətirmək istəyəndə oyunçular bu fikrə qarşı çıxmış, nəticədə layihə dayanmışdı. Oyunçuların bu fikri "ödənişli modlar" adlandırmasına baxmayaraq "Bethesda" adminstrasiyası bu sözlərin səhv olduğunu deyir və modları "məcburi olmayan, ancaq keyfiyyətli oyun əşyaları" olaraq qələmə verir. Buna baxmayaraq, erkən tənqidçilər həmin modların eyni dərəcədə keyfiyyətli versiyaların pulsuz şəkildə mövcud olduğunu vurğulamışdır. Bunun nəticəsində "Fallout 4" Steam kimi oyun bazarlarında mənfi rəylərə məruz qalmışdır. "Steam"dəki bir rəydə “Bunun daha da pis bir şeyin başlanğıcı olması məni narahat edir” yazılmışdır.[4]
İstinadlar
- "Bethesda запустила платный сервис Creation Club с «лошадиной броней» для Fallout 4". 3DNews - Daily Digital Digest (rus). 2017-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.
- ""Creative Club" Fallout 4 issues the first products" (ingilis). nim.ru. İstifadə tarixi: 2017-08-30.
- http://www.nim.ru. "«Креативный клуб» Fallout 4 выдает первую продукцию". http://www.nim.ru (rus). 2017-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-30.
- Alleqra Frank. "Fallout 4 Creation Club complaints prompt Bethesda defense" (ingilis). Polygon. 11 sentyabr 2017. 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.