Cozef Hild

Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[1][2][…], Peşt[d], Peşt medyesi[3]6 mart 1867[1][2][…], Peşt[d], Peşt medyesi[4][3]) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir.

Cozef Hild
mac. Hild József
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1789(1789-12-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 mart 1867(1867-03-06)[1][2][…] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[5]
Vətəndaşlığı
Təhsili
  • Vyana Texniki Universiteti[d]
Atası Yanoş Hild[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, FlorensiyaMilan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı. Bunun əsas səbəbi şəhərinin yenidən inşa edilməsində oynadığı mühüm rol olmuşdur. 1845-ci ildə Cozef Hild Budapeşt şəhərinin baş memarı vəzifəsinə təyin edildi.

Fəaliyyəti

Hildin klassik üslubu XIX əsrdə Budapeştin yenidən formalaşdırılmasına böyük təsir göstərdi. Sonrakı 10 illərdə tarixi tərzdə müxtəlif layihələr hazırlasa da, Hildə şöhrət gətirən əsərləri əsasən neoklassik üslubdadır, xüsusilə də kilsələr. Onun işlədiyi layihələr əsasında tikilən binalar: Budapeşt şəhərində:

  • Müqəddəs Stefan Bazilikası (Mikloş YBL tərəfindən tamamlanıb)
  • Lloyd Sarayı, Ruzvelt meydanı
  • Yaşayış binaları, Karoli- Trattner; Derra və Marçibani binaları
  • Kalvin meydanı və Kalvin kilsəsinin rekonstruksiyası (1838, 1854–55-ci illərdə)

Esterqom şəhərində

  • Bazilika, kitabxana, bank binası

Eqer şəhərində

  • Pariş binası

Çeqled şəhərində

  • Reformist kilsəsi

Qalereya

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.