Zabel dovşanalması
Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Zabel dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Zabel dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Təbii halda Mərkəzi Çində yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Meyvəsi parlaq, qırmızı, yumurtaşəkillidir, diametri 7-8 mm-dir.
Ekologiyası
Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir. İstənilən torpaq tiplərində bitir, lakin məhsuldar, drenaj üsulu ilə təmizlənmiş gillicə nəmişli torpaqlarda yaxşı inkişaf edir. Küləyə, çirklənməyə, xəstəlik və zərərvericilərə, qaza davamlıdır, 230C şaxtaya dözür.
Azərbaycanda yayılması
Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
Dekorativ bitki kimi park və bağların yaşıllaşdırılmasında istifadə oluna bilər.