Qafqaz dovşanalması
Qafqaz dovşanalması (lat. Cotoneaster transcaucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Qafqaz dovşanalması | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Qafqaz dovşanalması |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Zaqafqaziyada, Qafqazda təbii halda rast gəlinir.
Botaniki təsviri
3 metr hündürlüyü (9,8 fut) olan növdür. Meyvəverən budaqları 25-40 mm-dir (0,98-1,57 dyum). Yarpaqları sadə, növbəli, saplaqlı və bütövdür. Beş, ulduzvari çiçəkləri vardır.
Ekologiyası
Kol günəşli və yarımkölgəli yerə, orta miqdarda nəmişli, qumlu-gillicəli və ya gillicəli torpağa üstünlük verir. Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir. Küləyə, qaza davamlıdır, 200C şaxtaya dözür.
Azərbaycanda yayılması
Kiçik Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
Meyvələrinin və yarpaqlarının rənginə görə çox dekorativdir. Başqa ağac və kolların fonunda tək-tək və qrup halında əkilməsi məqsədyönlüdür.