Yumruyarpaq dovşanalması
Yumruyarpaq dovşanalması (lat. Cotoneaster rotundifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Yumruyarpaq dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Yumruyarpaq dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Vətəni Şərqi Sibirdir.
Botaniki təsviri
Düz dayanan budaqlı, hündürlüyü 4 m-dək olan koldur. Zoğları boz-qonurdan qaramtıl-qonur rəngli, əvvəlcə tükcüklü, sonradan çılpaqdır. Saplağı 1-3 mm, tükcüklü, yalançı zoğları lansetvari, ucu küt, bəzən itidir. Yarpaqları uzunsov formalı, payızda sıx, yaşıl rəngli, sonra al-qırmızı rəngli olur. Mayın axırları çiçəkləmyə başlayır və iyunun ortalarınadək davam edir. Çiçəklərin diametri təxminən 1 sm, kiçik, çəhrayı, bir saplaqda 5-8 çiçək olur. Çiçək qrupları 1-3 çiçəkli, çiçək altlıqları xətvari-lansetvaridir. Çiçək saplağı 2-4 mm, tükcüklüdür. Ləçəkləri 4-5 mm, ağ və ya qırmızı, enli-yumurtavari və ya əks-yumurtavari, bünövrəsi qısadır. Erkəkcikləri 20-dir. Çiçəkləmədən sonra yumru meyvələri əmələ gəlir. Meyvələri giləmeyvələrə bənzəyir, qırmızı, əks-yumurtavari, diametri 7-9 mm-dir. 4 ildən sonra meyvə verməyə başlayır.
Ekologiyası
Soyuğa davamlı, quraqlıqdan və ya əksinə yüksək nəmişlikdən qorxmur. Şəhər mühitinə yararlıdır. İstənilən torpaqda kölgəli ərazilərdə bitə bilər.
Azərbaycanda yayılması
Abşeron və yarımadaya yaxın yerlərdə, park və bağlarda istifadə olunur.
İstifadəsi
Payızda sahələrdə canlı hasar və ya dekorativ fiqur kimi istifadə edilir. Yamacların bərkidilməsi üçün istifadəsi məqsədəuyğundur.