Çoxçiçəkli dovşanalması
Çoxçiçəkli dovşanalması (lat. Cotoneaster multiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Çoxçiçəkli dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Çoxçiçəkli dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Təbii halda Qafqaz, Orta Asiya, Qərbi Sibir və Qərbi Çində bitir.
Botaniki təsviri
Hündürlüyü 3 m olan koldur. Cavan budaqları nazik, tüklü olub, aşağıya doğru əyilir. Enli yumurtavari yarpaqlarının uzunluğu 5 sm-dir, yazda gümüşü-boz, yayda tünd yaşıl, payızda isə tünd qırmızı rəngdə olur. 6-20 ədəd iri ağ çiçəkləri qalxanşəkilli çiçək qrupuna yığılmışdır. Çiçəkləmə may ayında başlayır və 16-25 günə qədər davam edir. Bu dövr bitki çox gözəl görünür. Meyvələri avqustda yetişir. 5-6 yaşından başlayaraq meyvə verir.
Ekologiyası
Soyuğa və quraqlığa davamlıdır. Məhsuldar və əhənglə zəngin, rütubətlənmiş torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Yaşıllaşdırmada bu növün ensiz, uzun yarpaqlı və bol meyvə verən dekorativ formasından da (f.calicarpa) istifadə edilir. Tək və qrup əkinləri üçün yararlıdır. Toxumla və kolun bölünməsi ilə çoxalır. Al qırmızı, bol, şarşəkilli meyvələri payızda bitkinin dekorativliyini artırır.
İstinadlar
- The Plant List (ing.). 2010.