Üfüqi dovşanalması
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Üfüqi dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Üfüqi dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Sinonimləri
- Cotoneaster acuminatus var. prostratus Hook. ex Decne.
- Cotoneaster davidianus hort. ex Dippel
- Cotoneaster horizontalis var. horizontalis horizontalis
- Diospyros chaffanjonii H.L‚v.
Təbii yayılması
Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur. Cavan budaqları tükcüklərlə örtülüdür. Ağac yaşlandıqca bu tükcüklər hamar və parlaq olur. Yarpaqları yarımdairəvi və ya enli-oval şəkilli olub, diametri 2-5 sm-dir, üst səthi tünd-yaşıl, hamar, alt səthi isə boz keçətükcüklüdür. May ayında çiçəkləyir. Çiçəklər ağımtıl-çəhrayıdır, 2-4 ədəd olmaqla aşağı əyilmiş salxım çiçəkqrupuna yığılmışdır. Meyvələri tünd-qırmızı rəngli, çəyirdəkmeyvədir, avqust ayında yetişir.
Ekologiyası
Bitki torpağa tələbkar deyil, lakin əhəngli torpaqlarda daha yaxşı bitir. Şaxtaya, quraqlığa davamlı koldur.
Azərbaycanda yayılması
Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
Güclü inkişaf etmiş kök sisteminə görə torpağın bəkidilməsi üçün yararlıdır. Yaşıllaşdırmada istifadə üçün əlverişlidir.