Franşe dovşanalması
Franşe dovşanalması (lat. Cotoneaster franchetii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Franşe dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Franşe dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Vətəni Qərbi Çindir.
Botaniki təsviri
Hündürlüyü 2 m olan və ildə təxminən 15 sm boy atan koldur. Yarpaqları qalın, 2-3 sm uzunluğunda, parlaqdır, aşağı hissədə sıx sarımtıl tükcüklərlə örtülmüşdür. İyulda çiçəkləyir. Meyvələri oktyabr ayında tam yetişir, çoxtoxumlu, yumurtavari formalı, narıncı-qırmızı rənglidir, uzunluğu 5-7 mm-dir. Mülayim keçən qışda giləmeyvələri kolların üzərində yaza qədər qalır.
Ekologiyası
İsti, günəşli yerlərdə yaxşı bitir. Kəskin keçən qışdə kök boğazına qədər donur.
Azərbaycanda yayılması
Abşeronda geniş şəkildə park və bağların salınmasında, şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir.
İstifadəsi
Bal verən bitkidir. Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir.