Şaxələnmiş dovşanalması
Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Şaxələnmiş dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Şaxələnmiş dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Yarpaqlı koldur. Çində yayılmışdır.
Botaniki təsviri
Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir. Meyvələri sentyabrda yetişir, uzunluğu 1,1 sm, diametri 0,6-0,7 sm, oval, parlaq tünd qırmızı, 2 çəyirdəklidir.
Ekologiyası
-290C-dək şaxtaya davamlıdır. Nəmişli, gillicəli, yaxşı drenajlı torpaqlarda, günəşli yerdə asanlıqla becərilir. Məhsuldar olmayan torpaqlara dözür, əsasən yamaclarda bitir və quraqlığa davamlıdır. Havanın çirklənməsinə dözür.
Azərbaycanda yayılması
Böyük Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi
1904-cü ildən mədəni şəraitdə becərilir. Parlaq yaşıl yarpaqları, tünd qırmızı meyvələri və payız yarpaqları ilə çox dekorativdir.