Dilsa dovşanalması
Dilsa dovşanalması (lat. Cotoneaster dielsianus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Dilsa dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Dilsa dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Çində yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 1-2 m olan, yarpaqlı koldur. Budaqları bozumtul-qara və ya qonurtəhər-qara, nazik, möhkəm tükcüklü, parlaqdır. Yarpaqları xətvari-lansetvari, çılpaq, (0,6)-2,5 x 0,8-1,5 sm, sıx, sarımtıl-boz və ya boz çalarlı, parlaq, ucu bizdir. Çiçək qrupu 3-7 çiçəkli, çiçək saplağı tükcüklü; çiçək altlıqları xətvari-lansetvari, 2-3 mm, tükcüklüdür. Çiçəklərin diametri 6-7 mm-dir. Hipantisi tükcüklü, ovaldır. Ləçəkləri düz, çəhrayı, enli, əks-yumurtavaridir, diametri 3-4 mm, bünövrəsi qısa, ucu kütdür. Erkəkcikləri 15-20 ədəd, ləçəklərdən qısadır. Meyvəsi tünd qırmızı, diametri 5-8 mm-dir.
Ekologiyası
Yamaclarda, çay vadilərində, otlu yerlərdə, kolluqlarda, sıx meşələrdə, 1000-3600 m hündürlükdə bitir.
Azərbaycanda yayılması
Böyük Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi
Dekorativ bitkidir, park və bağ salmada istifadə edilir.