Sıx dovşanalması
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Sıx dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Sıx dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Təbii şəraitdə Çinin qərb rayonlarında bitir.
Botaniki təsviri
1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir. Torpağa toxunan budaqları kök atma qabiliyyətinə malikdir. Toxumlarla və qələmlərlə çoxalır.
Ekologiyası
Şaxtaya və quraqlığa davamlı, işıqsevən bitkidir.
Azərbaycanda yayılması
Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir. Mədəni şəraitdə 1896-cı ildən becərilir.