Adi fındıq
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.
Adi fındıq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi fındıq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır. Qozalarının uzunluğu 18 mm-ə qədərdir, kürəvi şəkildən başlayıb yanları sıxılmış şəkilədək müxtəlif formalardadır, açıq rəngdən tutmuş ta tünd-qəhvəyi rənglərə qədər dəyişir, qabığı nazikdir. Fevral-mart aylarında çiçək açır. Meyvələri avqust-sentyabr aylarında yetişir. Vegetativ yolla və ya toxumlar vasitəsilə çoxaldılır.
Ekologiyası
Kölgəyə, rütubətə davamlıdır, torpağa tələbkardır. Əhəngli torpaqları sevir, kasıb torpaqlarda bitmir.
Azərbaycanda yayılması
Zaqatala, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Quba, Xaçmaz, Gəncəd, Daşkəsən, Gədəbəy, Göygöl eləcə də Cənub bölgəsində orta dağ zonası meşələrində bitir.
İstifadəsi
Qozasının tərkibində 65 % yağ, 3,5 % şəkər vardır; müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Qabığı möhkəmdir, müxtəlif mebellərin, səbətlərin düzəldilməsində qiymətli xammaldır. Dekorativ bitki kimi becərilir.
İstinadlar
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 998.