Corco Napolitano
Corco Napolitano (29 iyun 1925[1][2], Neapol[3] – 22 sentyabr 2023[4], Roma) — İtaliya Respublikasının onbirinci prezidenti (2006-2015).
Corco Napolitano | |
---|---|
it. Giorgio Napolitano | |
| |
İtaliya senatoru[d] | |
23 sentyabr 2005 – 15 may 2006 | |
İtaliya Prezidenti[d] | |
15 may 2006 – 14 yanvar 2015 | |
Əvvəlki | Karlo Adzelio Çampi |
Sonrakı | Sercio Mattarella |
İtaliyanın Deputatlar Palatasının sədri[d] | |
3 iyun 1992 – 14 aprel 1994 | |
Əvvəlki | Oskar Luici Skalfaro |
İtaliyanın daxili işlər naziri[d] | |
18 may 1996 – 21 oktyabr 1998 | |
Avropa Parlamentinin deputatı[d] | |
5 iyul 1989 – 10 iyun 1992 | |
İtaliya senatoru[d] | |
14 yanvar 2015 – 22 sentyabr 2023 | |
Avropa Parlamentinin deputatı[d] | |
20 iyul 1999 – 19 iyul 2004 | |
Avropa Parlamentinin deputatı[d] | |
25 iyul 1989 – 10 iyun 1992 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1925[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 22 sentyabr 2023[4] (98 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya |
|
Fəaliyyəti | siyasətçi, jurnalist |
Uşağı | 2 |
Dini | dinsizlik |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[5], jurnalistika[6] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
29 iyun 1925-ci ildə Neapol şəhərində anadan olmuşdur.
Siyasi fəaliyyəti
1942-ci ildə Neapol Universitetində qeyri-qanuni kommunist tələbə təşkilatının üzvü olmuş və gizli antifaşist mübarizəsində iştirak etmişdir. 1945-ci ildə İtaliya Kommunist Partiyasının (İKP) üzvü olmuşdur. 1947-ci ildə Neapol Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. 1953-cü ildə İtaliya parlamentinin üzvü seçilmişdir. 1962-ci ildə İKP-nin rəhbərliyinə seçilmiş, iqtisadi siyasət və İtaliyanın cənubunun inkişafı məsələləri ilə məşğul olmuşdur. 1991-ci ildə Kommunist ideologiyasından imtina etmiş, İKP-nin əsasında yaradılmış "Sol Demokratik Partiya"nın liderlərindən biri olmuşdur. 1992–1994-cü illrədə İtaliya Parlamentinin Deputatlar Palatasına sədrlik etmişdir. 1996–1998-ci illərdə R. Prodi hökumətində Daxili İşlər Naziri olmuşdur. 1989–1992, 2000–2004-cü illərdə Avropa Parlamentinin deputatı, 2005-ci ildə isə Prezident K. A. Çampi tərəfindən ömürlük senator təyin edilmişdir. 2006-cı ilin mayında İtaliya Respublikasının Prezidenti seçilmişdir.
İstinadlar
- Giorgio Napolitano // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Giorgio Napolitano // Munzinger Personen (alm.).
- Deutsche Nationalbibliothek Record #119295547 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Giorgio Napolitano è morto: se ne va il primo presidente della Repubblica eletto due volte. la Repubblica.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- http://id.sbn.it/bid/CFIV035482.