Corco Morandi
Corco Morandi (20 iyul 1890[2][3][…], Boloniya[4] – 18 iyun 1964[2][3][…], Boloniya[4]) — əsasən natürmort əsərləri ilə tanınan italyan rəssam.
Corco Morandi | |
---|---|
Giorgio Morandi | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bolonya, İtaliya |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bolonya, İtaliya |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Milliyyəti | italyan |
Vətəndaşlığı | İtaliya |
Fəaliyyəti | rəssam, hərbi qulluqçu, işləmə ustası, universitet müəllimi[d], rəssam-qravüraçı[d], qrafika ustası[d], heykəltaraş, memarlıq çertyojçusu[d] |
Təhsili | Bolonya İncəsənət Akademiyası |
Janrlar | natürmort, peyzaj |
Stillər | futurizm[1] |
Təsirlənib |
Paul Sezan Anri Russo |
giorgiomorandi.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Corco Morandi 1890-cı ildə Bolonyada anadan olmuşdur. 1907-ci ildə İncəsənət Akademiyasına daxil olmuşdur. O burada XIV əsr təsvir incəsənəti ilə geniş şəkildə tanış olmuşdur. Rembrandt haqqında kitablar oxuyan Morandi qravür hazırlamağa başlamışdır. İlk illərdə əsasən kubizm və sezan cərəyanlarına yönəlmişdir. 1914-cü ildə futurist əsərlər yaratmağa başlamışdır. Həmin il Bolonyada bir məktəbdə incəsənət dərsi verməyə başlamış və burada 1929-cu ilə qədər işləmişdir. Hazırda Bolonyada onun əsərlərinin sərgiləndiyi muzey yerləşir.
1915-ci ildə Birinci dünya müharibəsinə qatılmaq üçün orduya yazılmış, amma səhhətindəki problemlərə görə əsgərlikdən ayrılmışdır. Müharibə zamanı Anri Russo və Paul Sezanın təsiri ilə Morandinin əsərlərindəki əşyaların sayı azalmış və sadələşmişdir.
1918–1922-ci illərdə Corco de Kriko tərəfindən qurulan Pittura Metafisica cərəyanına yönəlmişdir. Bu zaman pis seçilən rəng tonu ilə işləməyə başlamışdır. Morandi 1926–1929-cu illərdə Novesento İtaliano sərgilərinə qatılmışdır. Bu zaman faşist qrup olan Strepazenin tərkibində idi. Rəssam faşistlərin tərəfindən olsa da anti-faşist dostları çox olduğundan 1943-cü ildə həbs olunmaqdan qurtulmuşdur.
1930–1956-cı illərdə İncəsənət Akademiyasında qravür professoru kimi işləmişdir. 1948-ci ildə rəsm əsərinə görə Venesiyada mükafatlandırılmışdır. Parisi ilk dəfə 1956-cı ildə ziyarət etmişdir.
Anna, Dina ve Mariya Tereza adlı üç bacısı olan Morandi bütün həyatını onlarla keçirdi. 20 yaşından ölənədək Via Fordazza 36 ünvanında və Qrizzanda ailəsinə aid evdə yaşamışdır.
Corco Morandi 1964-cü ildə Bolonyada vəfat etmişdir.
Təsirləri
Morandi dövrünün ən təsirli İtaliya rəssamlarından biri olmuşdur. Karyerası boyunca əsasən naturmort və peyzajlara üstünlük vermiş, arada avtoportretə də müraciət etmişdir. Əsərlərində rəngin bir çox tonundan istifadə etmişdir. Əsərləri olduqca sadədir. Rəssamın 133 qravürü mövcuddur.
Federiko Fellini "Şirin həyat" (La Dolce Vita) adlı filmdə Morandinin rəsm əsərlərinə yer verərək ona olan hörmətini nümayiş etdirmişdir.
İstinadlar
- https://artuk.org/discover/artists/morandi-giorgio-18901964.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Giorgio Morandi (nid.).
- RKDartists (nid.).
Xarici keçidlər
- Corco Morandi arxivi
- Morandi muzeyi Arxivləşdirilib 2000-08-18 at the Wayback Machine