Corciya boğazı

Corciya boğazı (ing. Strait of Georgia) - Sakit okeanında Kanadanın cənub-qərbində Britaniya Kolumbiyası vilayəti ilə ABŞ-nin Vaşinqton ştatının şimal-qərbində yerləşir. Seliş dənizinin bir hissəsidir. Vankuver adasını materikdən ayırır. Diskoveri adası boğazı iki yerə bölür: Conston, Şahzadə Şarlotta boğazı. Cənubda isə San-Xuan arxipelaqı boğazı kiçik hissələrə bölür. Uzunluğu 240 km, eni isə 18,5 – 55 km arası dəyişir. Orta dərinlik 156 m, ən dərin yeri 447 m təşkil edir. Su səthinin sahəsi 6,800 km² təşkil edir. Boğaza tökülən ən böyük çay Freyzerdir və bu boğaza tökülən suyun 80%-ni təşkil edir. Burada çoxlu adalar vardır ki, ən böyük olanı Teksada adasıdır. Adına gəldikdə isə 1792-ci ildə Corc Vankuver kral III Qeorqun şərəfinə Corciya körfəzi adlandırmışdır. 1865-ci ildə isə bu sututarın körfəz deyil boğaz olduğunu müəyyən edir. Boğazı yerli xalq körfəz adlandırır.

Corciya boğazı
ing. Strait of Georgia
Ümumi məlumatlar
Eni minimum 18,5 km
Uzunluğu 240 km
Ən böyük dərinliyi 447 m
Yerləşməsi
49°18′ şm. e. 123°46′ q. u.
Ölkə  Kanada
Akvatoriyası
Ayırır Vankuver adasını materikdən
Corciya boğazı xəritədə
Corciya boğazı
Corciya boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.