Corco Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri.
Corco Armani | |
---|---|
it. Giorgio Armani | |
| |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Pyaçentsa |
Təhsili | |
Fəaliyyəti | sahibkar, dəb dizayneri |
Fəaliyyət illəri | 1960-cı ildən |
giorgioarmani.com/index.… | |
Vikianbarda əlaqəli mediafayllar |
Məlumat
Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir.[1]
Sport
"Olimpia Milano" basketbol yığımın prezidentidir.[2] Britaniyanın sportsmenlərin geyimi ilə işləyirdi.[3] "Çelsi" oyunçuları üçün kostyumlar yaratdı.[4]
Mükafatları
Fəxri Legion ordeninin kavaleri.
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 58. ISBN 978-9952-441-05-5.
- "Giorgio Armani, The Father Of Italian Fashion". 2009-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
- "Giorgio Armani Presents New England Football Team Off-Field Wardrobe for European Championships". 2011-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
- "An Excellent Pitch". 2007-08-03. 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.