Corce Corceksu

Corce Corceksu (12 sentyabr 1887[1]1 sentyabr 1964[1], Buxarest) — rumın dirijoru, violonçelçalan.[2]

Corce Corceksu
ing. George Georgescu
Corce Corceksu
Corce Corceksu
Doğum tarixi
Doğum yeri Tulça, Sulina
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Buxarest
Milliyyəti rumın
Fəaliyyəti dirijor, violonçelçalan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir.[2]

Fəaliyyəti

1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.[2]

Həmçinin bax

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Corce Corceksu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 386. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.