Corc Stiqler
Corc Stiqler (ing. George Joseph Stigler) (17 yanvar 1911[1][2][…], Sietl, Vaşinqton – 1 dekabr 1991[1][3][…], Çikaqo) — amerikalı iqtisadçı. 1982-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Corc Stiqler | |
---|---|
ing. George Joseph Stigler | |
Doğum tarixi | 17 yanvar 1911[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 1991[1][3][…] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Corc Stiqler ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Corc Stiqler ali təhsil almağa Vaşinqton Universitetində başlamış, sonra isə Şimal-Qərb Universitetində təhsilini davam etdirmişdir. 1939-cu ildə Çikaqo Universitetində Frenk Naytın elmi rəhbərliyində doktorluq dərəcəsinə yüksəlmişdir.
Corc Stiqler II Dünya müharibəsi illərində Kolumbiya Universitetində gizli atom bombası istehsalı layihəsi olan Manhetten layihəsi üçün riyazi və statistik tədqiqatlar aparmışdır. Sonra 1947–1958-ci illərdə Kolumbiya Universitetinin iqtisadiyyat bölməsində müəllim işləmişdir. Corc Stiqler Çikaqo məktəbinin klassik liberalizm və azad bazar prinsiplərini qəbul edib yaymış, bu məqsədlə qurulan və hələ də böyük nüfuzu olan Mount Pelerin Cəmiyyətinin qurucu üzvü olmuşdur. Corc Stiqler 1991-ci ildə vəfat etmişdir.
Fəaliyyəti
Corc Stiqler Tənzimləyici qəsb etmə nəzəriyyəsinin qurucusu və təkmilləşdirəni olaraq məşhurlaşmışdır. Tənzimləyici qəsb etmə metodu çox diqqət çəkicidir. Bu yanaşmaya görə özəl sektor şirkətləri, maraqlanan qurumlar və digər siyasətə qarışan özəl qruplar dövlət və hökumətin tənzimləyici, istiqamətləndirici və məcbur edici güclərini öz mənfəətlərini qorumaq üçün qəsb edərək istifadə etməlidirlər. Bu nəzəriyyə iqtisadiyyatda Toplum seçimi sahəsində önəmli yer tutur. Bundan başqa Corc Stiqler iqtisadi təlimlər tarixi ilə bağlı tədqiqatlar aparmışdır. 1952-ci ildə yazdığı Əmək bazarında informasiya məqaləsi iş axtarmaq müddətində işsizlik anlayışını meydana gətirmişdir.
Əsərləri
- 1938 — Sosial rifah və diferensial qiymətlər, İqtisadi siyasət jurnalı.
- 1939 — Qısa müddətdə istehsal və çatdırılma, İqtisadi siyasət jurnalı.
- 1940 — Duapoliya nəzəriyyəsi ilə bağlı qeydlər, İqtisadi siyasət jurnalı.
- 1941 — İstehsal və çatdırılma nəzəriyyəsi: formativ müddət.
- 1946 — İqtisadiyyatda minimum əmək haqqı qanunvericiliyi, Amerikan iqtisadi icmalı.
- 1946 — Qiymət nəzəriyyəsi.
- 1950 — İqtisadi problemlərlə bağlı beş mühazirə.
- 1965 — İqtisadiyyat tarixi essesi.
- 1969 — Sənaye təşkilatı.
- 1975 — Vətəndaş və dövlət: tənzimləmə haqqında esse.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- George J. Stigler // Solomon Quqqenhaym muzeyi. 1937.
- George Joseph Stigler // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- George Joseph Stigler // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- https://www.nobelprize.org/prizes/economic-sciences/1982/stigler/biographical/.
- https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.