Corc Porter

Həyatı

İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur.

Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir. Kondensləşmiş fazada sürətli reaksiyaları tədqiq etmişdir. Triplet vəziyyətlərin mütləq kvant çıxışını müəyyən etmək üsulunu təklif etmişdir. Triplet molekulların enerjisinin deqradasiyasını öyrənmək üçün işləyib hazırladığı üsullar fotohəyacanlanmadan sonra gələn sürətli proseslərin hərtərəfli mənzərəsini təsvir etməyə imkan yaratdı. Elektron və hidrogen atomları keçidləri reaksiyalarının əsas kimyəvi qanunauyğunluqlarını müəyyən etmişdir. Aromatik molekullar üçün sinqlet və triplet vəziyyətlər üçün turşu - əsas tarazlıq sabitlərini müəyyən etmişdir; reaksiyaların sürət sabitləri və həyacanlanmış vəziyyətlərin təbiəti arasında əlaqəni tapmışdır. Model fotosintez sistemlərində ilkin fotokimyəvi reaksiyaların mexanizmini tədqiq etmişdir. İmpulsiv lazer qurğularını ilk yaradanlardan biri olmuşdur. 1968-1972-ci illərdə fotobiologiya üzrə Beynəlxalq komitənin, 1970-1971-ci illərdə London kimya cəmiyyətinin prezidenti olmuşdur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.