Corc Klinton (musiqiçi)

Corc Klinton (ing. George Clinton) — afro-amerikalı bəstəkar, vokalçı, gitaraçı. Ceyms BraunSlay Stoun ilə birlikdə musiqi cərəyanı olan "fank"ı yaratmışdır. 1997-ci ildə Rok-n-rollun şöhrət zalına daxil edilmişdir.

Corc Klinton
ing. George Clinton
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Kannapolis, Şimali Karolina, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, söz müəllifi, gitaraçı, qrup lideri, səsyazma prodüseri
Fəaliyyət illəri 1955-indiyə qədər
Janr fank[d][1]
Musiqi alətləri elektron klaviatura[d]
Albom şirkətləri Capitol Records[d]
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
georgeclinton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Klinton 1968-ci ildə "Parliament" musiqi qrupunu yaratmışdır. Bu qrup erkən fankın pionerlərindən sayılır. "Parliament" əsasən nəfəs çalğı alətlərindən istifadə etmişdir. 1970-ci ildə Klinton Funkadelic musiqi qrupunu təşkil etmişdir. Bu qrup psixodelik gitara ifası üzrə ixtisaslaşmışdır. Parliament və Funkadelic fərqli musiqi şirkətləri ilə əməkdaşlıq etmişlər və üslub baxımından bir-birindən fərqlənmişlər. Amma hər iki musiqi qrupunun heyəti demək olar ki, eyni idi.

1990-cı illərdə P-Funk All Stars qrupunun heyətində çıxış edir və mahnılarını lentə yazdırır.

Klintonun üslubunu adətən P-Funk sözü ilə səciyyələndirirlər. Bu üslubda fankla yanaşı psixodelik rok, speys-rok və psixodelik soul elementləri də güclüdür.

Diskoqrafia

  • 1982 — Computer Games (Capitol Records)
  • 1983 — You Shouldn’t-Nuf Bit Fish (Warner Bros.)
  • 1985 — Some of My Best Jokes Are Friends (Capitol Records)
  • 1986 — R&B Skeletons in the Closet (Capitol Records)
  • 1989 — The Cinderella Theory (Paisley Park Records)
  • 1993 — Hey Man, Smell My Finger (Paisley Park Records)
  • 1993 — Sample Some of Disc — Sample Some of D.A.T. (A&M Records)
  • 1996 — Testing Positive (A&M Records)
  • 2005 — How Late Do U Have 2BB4UR Absent? (The C Kunspyruhzy)
  1. Montreux Jazz Festival Database.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.